Azərbaycanda doğuşdan əziyyət çəkən inəyi qeysəriyyə əməliyyatı etdilər – İLK

0

Qaxda doğuşdan əziyyət çəkən iribuynuzlu heyvanın üzərində qeysəriyyə əməliyyatı aparılıb.

Millixəbər.az open.az-a istinadən xəbər verir ki, Qax rayonunun Qaradolaq kəndində, kənd sakini Füzuli Rəşidovun təsərrüfatında birinci dəfə bala verən, iribuynuzlu qaramal cinsinə mənsub olan heyvanda doğuş zamanı çətinlik yaranıb. Təsərrüfat sahibi F. Rəşidov heyvanda baş verən problemlə bağlı kəndin baytar həkimi Hamlet Abbasova mürəciət edib. H. Abbasov heyvanı müayinə etdikdən sonra doğuşda yaranan problemi həll etmək üçün təsərrüfat sahibinin razılığı ilə heyvanın üzərində qeysəriyyə əməliyyatı apararaq balanı ana bətnindən xarıc edib.

Baytar həkim H. Abbasovun Open.az-a verdiyi məlumata görə artıq əməliyyatdan 10 gün keçib. Hazırda inək və balasının vəziyyəti normaldır.

H. Abbasov əvvəllər xırdabuynuzlu heyvanlar arasında qeysəriyyə əməliyyatını həyata keçirdiyini bildirsə də, lakin iribuynuzlu heyvanlarda bu əməliyyatı ilk dəfə etdiyini açıqlayıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × 3 =