Azərbaycanlı aktyor sənətdən getdi

0

Aktyor Emil Rzayev sənətdən uzaqlaşıb.

Millixəbər.az xeber verir ki, “Günəşim ol” serialındakı rolu ilə məşhurlaşan aktyor bunu maddi çətinliklə əlaqələndirib:

“Həqiqətən çox sevdiyim sənətdən – aktyorluq sənətindən uzaqlaşıram. Əlbəttə ki, birdən-birə bu qərarı vermədim. Sənətdə qazandığım şan-şöhrətdən daha çox sevdiyim 2 övladım var. Mən onlara deyə bilmərəm ki, oğlum, qızım, gözləyin, atanı nə vaxtsa, harasa dəvət etsələr, sizə istədiyiniz hər şeyi alacaq. Nə olsun ki, çöldə gəzəndə insanlar mənə hörmətlə yanaşır, amma heç kim bilmir ki, mən övladlarımın bəzi suallarına cavab verə bilmirəm. Tam səmimi və açıq söyləyirəm: bu sənətdən sırf maddi problemlər üzündən gedirəm, başqa heç kəslə, heç bir problemim yoxdur”.

E.Rzayev hazırda yaxşı bir iş axtarışında olduğunu da qeyd edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × 3 =