Azərbaycanlı məktəbli uşaq dünyaya gətirdi, DİN işə qarışdı

0

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində məktəblərin birinin XI sinif şagirdi uşaq dünyaya gətirib.

Millixəbər.az “Report” xəbər verir ki, 16 yaşlı məktəbli qız sinifdə özünü pis hiss edib və məktəbə təcili tibbi yardım çağırılıb.

Qızın hamilə olduğu müəyyən edilib və xəstəxanaya çatdırılandan bir neçə saat sonra o, uşaq dünyaya gətirib.

Müəllimlərin bildirdiyinə görə, məktəbli hamilə olduğunu bilməyib. Yeniyetmənin ötən ilin sentyabrında qonşusu və qohumu, 40 yaşlı kişi tərəfindən zorlandığı məlum olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi Qabal kəndində yeniyetmənin uşaq dünyaya gətirməsi faktını təsdiq edib. Faktla bağlı istintaq başlayıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 − 11 =