Azərbaycanlı məktəblidən Yutubda bir ilk – VİDEO

0

Ömər Allahverdiyev Sumqayıtda təhsil alır. 4-cü sinifdə oxuyur. O, Yutub şəbəkəsində açdığı hesabda paylaşdığı ilk təşviqedici video ilə diqqəti özünə çəkə bilib.

– Ömər salam. Necəsən?

– Salam. Yaxşıyam.

– Bəlkə bir az özün haqda danışasan bizə? Dostlarımız tanısınlar səni.

– Sumqayıtda yerləşən 6 saylı Cəbrayıl rayon orta məktəbinin 4-cü sinfində oxuyuram. Dəsr əlaçısıyam. Bu yaxınlarda imtahanla Sumqayıt İstək liseyinə qəbul oldum. Anamın işləri yolunda getsə, 5-ci sinifdən orda təhsil alacam. 4 ildir Sumqayıt PFK-nın oyunçusuyam. Futbolda da müəyyən uğurlarım var.

– Yaxınlarda video paylaşmısan Yutub kanalında və çox maraqla qarşılandı. Necə oldu bu ideya ağlına gəldi, kimlə başladın?

– Bəli, bu günlərdə öz Yutub kanalımda iki video paylaşmışam. İkisi də çox yaxşı qarşılandı. Çox paylaşıldı, tanımadığım adamlar fikir bildirdilər. Bu, çox xoş idi. Sevindirdi məni. Bu qədər gözləmirdim. İdeya mənim idi. Anamdan xahiş etdim ki, mənə kömək etsin. İnternetdə xarici videoblogerləri izləyirdim və düşünürdüm ki, kaş mən də edə biləm bunu. Anam da razılaşdı və mövzunu birgə seçib ilk çəklişi etdik.

– Niyə məhz kitablar?

– Anam seçdi mövzunu. Mən də bəyəndim. Gördüm ki, danışmaq istədiyim mövzudur. Adam nəsə yaxşı bir iş görəndə onu paylaşmaq istəyir. Mən də o qədər yaxşı kitablar oxumuşdum. Anam mövzunu deyəndə hiss elədim ki, içimdə oxuduqlarımı paylaşmaq, bölüşmək istəyi var. Amma düzünü deyim ki, bu qədər maraqla qarşılaşacağını bilmirdim.

– Gələcəkdə nə fikirləşirsən? Hansı mövzularda danışacaqsan?

– Hələ ki, mövzumuz kitablardı. Kitablar haqda demək istədiklərim bitməyib. Mən bütün dostlarımın kitab oxumasını istəyirəm. Kitab oxumaq çox yaxşıdır.

Mənbə: teleqraf.com

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

7 − seven =