Azərbaycanlı qadın Almaniyada döyüldü

0

Azərbaycandan, Almaniyaya sığınacaq üçün müraciət etmiş 41 yaşlı K.Sevinc adlı bir qadın vəhşicəsinə döyülüb. Bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev sosial şəbəkədəki şəxsi səhifəsində məlumat yayıb.

Ə.Əliyev bildirib ki, hazırda qadın Frankenthal şəhər xəstəxanasındadır (Lamsheim County, Rhineland-Palatinate). Azərbaycanlı qadının sol ayağı sınıb, bədənində çoxsaylı xəsarət və qançırlar var. Bu xəsarətlər qadına Lamsheimdəki qaçqın sığınacağında yetirilib. Bild.de nəşri bildirir ki, K.Sevinc Almaniyaya üç il əvvəl Azərbaycandan gəlib. Qısa müddətdə əczaçılıq peşəsinə yiyələnib alman dilini öyrəndikdən sonra tibb bacısı kimi işləməyə başlayıb. 12 gün əvvəl sığınacaqda qonşu qadınla mübahisə edib. Hadisə zamanı qonşu qadının iki oğlu onu yumruq və təpiklə vəhşicəsinə döyüblər və ağır xəsarət yetiriblər.

Ə.Əliyev daha sonra bunları bildirib: “Təbii ki, baş verənlər qadının yaddaşında dərin iz buraxacaq. Lakin ən pisi odur ki, o, gələn həftə sığınacağa qayıtmalı və daha əvvəl onu döyən insanların qonşuluğunda yaşamağa davam etməlidir. O isə bunu ölümə bərabər hesab edir”.

Hüquq müdafiəçisi əlavə edib ki, xanıma hücum edən 17-19 yaşlı şəxslər haqqında polis qəsdən ağır bədən xəsarəti yetirmə ittihamı ilə cinayət işi başlasa da, onlar hələ ki, azadlıqdadır.

Ə.Əliyev sonda sosial şəbəkə iştirakçılarına müraciət edib:“Sizdən xahiş edirik, əgər sözügedən xanımı tanıyan və ya onunla əlaqəsi olan varsa, mütləq bizə yazın” Bəlkə ona hər hansı bir faydamız dəyə bilər”.

“Yeni musavat”

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × four =