Azərbaycanlıların Türkiyədə 500 min dollarlıq toyları

0

debbCütlüklər toy üçün əsasən İstanbulun Bosfor boğazında yerləşən otel və restoranları seçirlər.

Yazın gəlişi ilə toy mövsümü də canlanır. Mövsümdə canlanma yarandığı bir zamanda Türkiyədə toylarla bağlı maraqlı bir məqalə hazırlanıb. Bu sahənin ən gəlirli müştəriləri açıqlanıb. Onların arasında azərbaycanlılar da var. Azərbaycanın ən yaxşı tərəfdaşı olan ölkədə toy etmək istəyən azərbaycanlılar qonaqların sayından asılı olaraq 500 min dollara qədər pul xərcləyirlər. Millixəbər.az-ın məlumatına görə, bu barədə “Daily Sabah” qəzeti Türkiyədə dəbdəbəli toy mərasimləri ilə bağlı dərc etdiyi məqalədə qeyd edib.

Türkiyədə azərbaycanlılarla yanaşı Rusiya, İran, Hindistan və hətta Avropaölkələrinin imkanlı ailələrinin toy etdiyi bildirilir. Məqalədə qeyd edilir ki, xarici vətəndaşların Türkiyədə toy mərasimləri təşkil etməsi üçün çox sayda məkan var.

Toylar hətta dənizin içində yerləşən otellərdə də təşkil oluna bilər.

Cütlüklər toy etmək üçün əsasən İstanbulun Bosfor boğazında yerləşən otelləri və restoranları seçirlər. Onlar həmçinin İzmirdə və digər məkanlarda özlərinə dəbdəbəli toy sifariş verirlər. Azərbaycan, İran və Rusiya kimi qonşu ölkələrdən toy sifariş verənlər qonaqların sayından asılı olaraq 200 min dollardan 500 min dollara qədər pul xərcləyə bilərlər.

Xaricilər toy etmək üçün İstanbulun Qalata qülləsində, dəbdəbəli “Kempinski”otelində, “Çırağan” sarayında, Qızıl Buynuz ərazisində, Esma Sultan sarayında və digər tarixi yerlərdə də sifariş verirlər. İzmirdə isə onlar Egey dənizinin sahilindəki otelləri, Saime Sultan malikanəsini, başqa məşhur məkanları seçirlər.

Dəniz sahilində toy mərasimi üçün nəzərdə tutulan məkan

Dəniz sahilində toy mərasimi üçün nəzərdə tutulan məkan

Toysuz qalan Azərbaycan (FOTO,VİDEO)

Toylar dənizin ortasında yerləşən otellərdə də təşkil oluna bilər.  Amma belə dəbdəbəli toy mərasimləri üçün külli miqdarda pul xərcləmək lazım gəlir.  Rusiya, İran, Hindistan zənginləri 200-500 min dollar arası pul xərcləsələr də avropalı sifarişçilər az qonaq çağırdıqları üçün 50-150 min dollar arasında xərc çəkirlər.

Ötən ilin oktyabrında Azərbaycanın bəzi imkanlı ailələrinin övladlarına toy etmək üçün xarici ölkələri seçdikləri barədə məlumatlar yayılmışdı. Həmin vaxt açıqlanan statistikaya görə, bir ay ərzində (oktyabr) İstanbul şəhərində toy etmək üçün xarici ölkə vətəndaşları tərəfindən 50-dən çox sifariş edilib.  Sifariş edənlər arasında Azərbaycan vətəndaşlarının da adı var. Həmyerlilərimizlə yanaşı həmçinin Qazaxıstan və Səudiyyə Ərəbistanında yaşayan varlı insanlar öz övladlarına toy etmək üçün Türkiyəni seçir.

Ans press

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × 1 =