AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi oldu

0

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışı keçirilib.

Millixəbər.az xəbər verir ki, Yarışa dünyanın 9 ölkəsindən müxtəlif çəki dərəcələrindən olan idmançılar qatılıb. Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsinin 3-cü kurs tələbəsi Əli Hacıyev bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.

AzTU-nun rektoru Vilayət Vəliyev idmançı tələbəmiz və onun məşqçisi Hikmət Mahmudovla görüşüb, onları qələbə münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurlar arzulayıb.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × four =