BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN TARİXİNDƏ İLK DƏFƏ – VİDEO+TƏBRİK

0

Dilqəm Qasım oğlu Quliyev,

pedaqogika üzrə elmlər doktoru, professor

 

 Mİllixəbər.az informasiya portalının kollektivi olaraq

 AZƏRBAYCAN RESPUBLİKASINDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN  SAHƏSİNDƏ İLK PEDAQOGİKA ÜZRƏ ELMLƏR DOKTORU, PROFESSOR DİLQƏM QASIM OĞLU QULİYEVİ

 TƏBRİK EDİRİK!

Dilqəm Qasım oğlu Quliyev 7 noyabr 2017-ci ildə Bakı şəhərində bədən tədbiyəsi və idman sahəsində Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Respublikasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişaf istiqamətləri (1991-2015-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 4 iyul 2018-ci il tarixli (protokol № 11-R) qərarı ilə  ona pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Dilqəm Qasım oğlu Quliyev 6 avqust 1950-ci ildə Naxçıvan MR Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olmuşdur.

1958-1967 – təhsilini  Şahtaxtı kənd orta məktəbində almışdır.

1967 – Culfa rayonunun yol nəqliyyatında fəhlə işləmişdir.

1968-1970 – Lipetski şəhərində hərbi xidmətdə olmuşdur.

1970 – beşnövçülük üzrə idman ustası normasını yerinə yetirmişdir.

1972 – sərbəst güləş üzrə idman ustasıdır.

1972 – Bakı Maliyyə-Kredit Texnikumunu bitirmişdir

1972 – Şahtaxtı kəndində əmək haqqı üzrə mühasib vəzifəsində   çalışmışdır.

1973-74 – Naxçıvan Muxtar Respublika Rayon Xalq Maarif Şöbəsində baş   mühasib  vəzifəsində çalışmışdır.

1972-1974 – əvəzçilik üzrə  Naxçıvan MR  «Spartak» Könüllü İdman   Cəmiyyətində sərbəst güləş üzrə məşqçi vəzifəsində çalışmışdır.

1974 – Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji   fakültəsinə qəbul olunmuşdur.

1978 – Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsini fərqlənmə diplomu ilə bitirərək, təyinatla həmin institutun «Güləşmə və onun metodikası»    kafedrasında baş  laborant vəzifəsində saxlanılmışdır.

1984 – Azərbaycan Respublikası Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu) dissertantı  olmuşdur.

1989 – müəllim.

1990 – baş müəllim işləmişdir.

1991-2001 – akademiyanın tərbiyə işləri üzrə prorektoru.

1994 – Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi.

1993 – Milli Olimpiya Komitəsinin üzvü.

1994 – Bədən Tərbiyəsi və İdman Əlaçısıdır.

1994 – Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür.

1994 – Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin doktoru, professor Ahmət Həmdi  Turqud adına təqaüd almışdır.

1994- (7 iyul) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə pedaqoji elmlər namizədi alimlik dərəcəsi verilmişdir.

1996  – Azərbaycan Respublikasının əməkdar məşqçisidir.

1996-Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent.

1998 – Azərbaycan Olimpiya Akademiyasının  “Kütləvi İdman” bölməsinin sədri

1998 – Azərbaycan   DBTİA-nin «İdmançı» qəzetinin baş redaktoru.

2001-2016 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının   idman işləri və xarici əlaqələr üzrə  prorektoru vəzifəsində çalışmışdır.

2000 – Gənc Vətənpərvərlik  Birliyinin BTİA-nın dayaq mərkəzinin sədri.

2001 – «Tərəqqi» medalına layiq görülmüşdür.

2003 – İdman Jurnalistləri Assosiasiyasının üzvü.

2004 – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir.

2004 – Azərbaycan Milli Ensiklopediyasının  bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi.

2004- Azərbaycan Respublikasının Prezidenti yanında Dövləi İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının xarici siyasəti üzrə qısa müddətli ixtisasartırma kursunu bitirmişdir. (Qeydiyyat nömrəsi  “851”)

2006 – Азярбайсан Республикасы Президентинин 25.01.2006-ъы ил тарихли 1247 сайлы Сярянъамына ясасян  «Əməkdar bədən tərbiyəsi və idman xadimi» adına layiq görülmüşdür.

2006 – Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Professor Dilqəm Quliyev Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyi tərəfindən on il ilin ən yaxşı “İdman tarixi yazarı” adına layiq görülmüşdür (1997, 2005, 2006-cı illərdə «İlin ən yaxşı  tədqiqatçı jurnalisti»,  2007-2008-2009-cu  illərin ən yaxşı “İdman tarixi yazarı” adına, həmçinin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən Olimpiya Hərəkatının təbliği, idmanın tədqiqi üzrə yazdığı məqalə və kitablarına görə 2008-ci ilin idman laureatı adına layiq görülmüşdür).

2008 – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi – Metodik Şurasının sədr müavini.

2008 – İnternet saytında Azərbaycanın  idman tarixinin  tərtibatçısı.

2008 – 16  iyulda Azərbaycan Milli Elmlər Akademiyası Hümanitar və İctimai elmlər bölməsinin tarix üzrə problemlər şurasının qərarına əsasən Dilqəm Quliyevin “Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında Heydər Əliyev mərhələsi (1970-2003-cü illər)” adlı doktorluq dissertasiasının mövzusu təsdiq olunmuşdur.

2009 – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Elmi Xəbərlər” jurnalının baş redaktorunun müavini.

2009 – «OlimpSport» jurnalının fəxri redaksiya heyətinin üzvü.

2013-18 yanvar “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.6 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “20 Yanvar – xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda toplantıda məruzə etmişdir.

2013- (12 iyun) Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycan  xalqının  ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə  həsr olunmuş pedaqogika üzrə elmlər doktoru, professor  Dilqəm Quliyevin yazmış olduğu «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» (1969-1982; 1993-2003) kitabının təqdimatı keçırilmişdir.

2013 – (13 noyabr) «Азярбайъанда идман вя Олимпийа Щярякаты: инкишаф тарихи, нятиъяляр вя перспективляр» мювзусунда кечирилян мцсабигянин икинъиси olan Дилгям Гулийеви Мятбуат Шурасынын (МШ) сядри Яфлатун Амашов мцкафатландырılmışdır.

2014-Milli təhsil sistemində fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fənlərinin tədris problemləri bölməsinin sədri.

2014-AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 05 dekabr 2014-cü il tarixli, 9/1 saylı qərarına əsasən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun  (ARTPİ) nəzdində yaradılan Pedaqogika və Psixologiya Problemləri üzrə ELMİ ŞURA-nın üzvü

2014 – 13 avqust hərbi xidmət sahəsində təcrübəsi olan vətənpərvər ziyalı kimi Prezident İlham Əliyevə müraciət edir. “Son günlərdə erməni silahlı birləşmələrinin, erməni terror dəstələri ilə birlikdə yaşayış məntəqələrimizi işğal etmək “arzusu” ilə irəliləməsi, şanlı ordumuz tərəfindən qarşısı qətiyyətlə alınaraq düşmənin geri çəkilməsi məcbur edildi. İşğal altında olan bəzi ərazilərimiz də düşməndən azad edildi. Nəticədə düşmənin canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsi  xalqımızın böyük sevincinə səbəb olmuşdur. Hər bir Azərbaycan vətəndaşı kimi mən də bu uğurların yanında olmaq, qələbənin iftixarı ilə yaşamaq arzusunu gerçəkləşdirmək üçün ordumuza kömək etmək, düşməni torpaqlarımızdan çıxarılmasında iştirak etmək, hətta qismət olarsa şəhid olmaq şərəfləndirər. Xahiş edirəm mənim döyüş bölgəsinə getməyimə, bu müqəddəs savaşda iştirak etməyimə icazə verəsiniz”.

2014-18 noyabr Bakıda keçirilən birinci Avropa Oyunları ilə bağlı maraqlı təkliflə Prezident İlham Əliyevə müraciət etmişdir.

2015 -Bakı-2015 Mediya Akkriditasiyasının üzvü seçilmişdir

2015-Milli İrs jurnalının redaksiya heyətinin üzvü.

2015 – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ADBTİA-nın 85 illik yubleyi münasibəti ilə bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə “Fəxri Fərman”la təltif olunmuşdur

2015- Beynəlxalq Olimpiya Akademiyasının II beynəlxalq konfransında  fəal iştirakına və çıxışına görə mükafatlandırılmışdır (qramota).
  2015.02.13-Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun pedaqogika üzrə elmlər doktoru proqramı üzrə doktorantı Quliyev Dilqəm Qasım oğlunun dissertasiya mövzusu dəqiqləşdirilərək: “Azərbaycan Respublikasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişaf istiqamətləri (1991-2015-ci illər)“ adı ilə (5804.01-ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə) qeydə alınsın və “Yekun əlaqələndirmə planı”na daxil edilsin.  1/2015.

2016 – 01 fevral ADBTİA-da yeni yaradılmış “Şərq güləşi və əlbəyağa döyüş növlərin nəzəriyyəsi və metodikası” kafedrasınına müsabiqə keçirilənədək kafedra müdiri fəzifəsinə təyin edilmişdir.

2016 – 22 iyun  rekrorun idman işləri üzrə müşaviri vəzifəsinə təyin edilmişdir.

2016 – noyabrın 18-də II Bakı beynəlxalq idman filmləri Festivalında iştirak edib.

2017 – 06 fevral tarixli 38 №-li Ali Attestasiya Komissiyasının əmri əsasında, 12 iyun 2017-ci ildə ADPU-nun nəzdində elmlər doktoru elmi dərəcəsi almaq üçün semnardan keçmişdir.

2017 – 7  noyabr  saat 1400-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki BD.02.061 Dissertasiya Şurasının iclasında “Azərbaycan Respublikasinda müstəqillik dövründə bədən tərbiyəsi və idmanin inkişaf istiqamətləri”  (1991-2015-ci illər) (5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi) mövzüsü üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

2017 noyabrın 18-də II Bakı beynəlxalq idman filmləri Festivalında iştirak edib.

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlament respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu münasibət ilə bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyi və Milli Olimpiya Komitəsi  tərəfindən  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (AzDBTİA) müşaviri, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Qasım oğlu Quliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasından bəhs edən kitabın təqdimat mərasimi keçirilib.

2018 – 29 may Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında elmlər doktoru elmi dərəcəsi almaq üçün ekspertdən keçmişdir.

2018 – 29 iyun  4 iyul APU-də “Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi kafedrasının” magistrlik müdafiəsinin dövlət imtahan komissiyasının sədri olmuşdur.

2018 – 4 iyul Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən pedaqogika üzrə elmlər doktoruluq diplomu təsdiq olinub.

2018 – 13 iyul (saat 1400-da) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında pedaqogika üzrə elmlər doktoruluk diplomu təqdim olunmuşdur.

Dilqəm Quliyev özünün tədqiqatlarını davam etdirir. Alimin indiyədək 400-ə yaxn  əsəri və 300-ə yaxın elmi-pedaqoji və publisistik qəzet məqalələri çap  olunmuşdur.  Onlardan: 6 dərslik, 22  kitab, 19 monoqrafiya, 14 dərs vəsaiti, 2 proqram, 31 metodik vəsait, 17 metodik göstəriş, 13 tədris vəsaiti, 3 metodik töv­si­yə, 137  jurnal məqalələri (31-i xarici ölkədə), 135 tezis (26-sı xarici ölkədə), orta ümumtəhsil məktəbinin dərsliklərində 5 məqalə nəşr edilmişdir. ­“Müasir cəmiyyətdə idman” mövzusunda Ümumdünya konqresində, Ümum­­ittifaq elmi konfrans və simpoziumlarda məruzələr edilmişdir. Onlardan 57-si Tallin, Moskva, Almaniya, Yuna­nıstan, Bolqarıstan, Polşa, Tütkiyə, İran, Qazaxıstan, Pyatiqorsk, Nalçik, Özbəkistan, Qazaxıstan, Ukrayna, WALIA, MAGNT və mətbu orqanlarda  çap olunmuşdur.

Professor Dilqəm Quliyev 2000-ci ildən AAK-ın qərarı ilə dissertant və aspiranta elmi rəhbər olmaq səlahiyyəti almışdır. Həmin ildən başlayaraq o, yüksək ixtisaslı kadrların hazırlanması işinə  ciddi fikir vermiş, 26 nəfərə elmi rəhbərlik, 2 nəfərin namizədlik dissertasiyasına isə opponentlik etmişdir. 1 nəfər isə pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Onun rəhbərlik etdiyi dissertant və magistrantlar fiziki tərbiyənin ən aktual mövzularına həsr edilmiş namizədlik  dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişlər. Onlardan Türkiyə  Cümhuriyyəti vətəndaşları R.Nazim, M.Sayqılı, İ.Aslan, A.Dede, M.Seda, E.Taşş, G.Canpolat, S.Mürəkkəbçi, İран İслам Rеспубликасыnın vətəndaşları Tягизадя Bалканлу Eйваз, Əşkani Peyman Bəhram, Peyğami Mustafa Çobanəlı oğlu,  azərbaycanlı R.Əbdürrəhmanov, Y.Babanlı, Q. Mehdiyev, M. Gülmaliyev, S. Səmədzadə və b. göstərmək olar. Hazırda onun rəhbərliyi altında iki nəfər aspirant və üç nəfər magistrant öz tədqiqatları üzərində işləyir.

1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması barədə imzaladığı Fərmanla əlaqədar Əsasnamənin hazırlanmasında Vaqif Bəhmənli ilə birlikdə D.Quliyev də (bədən tərbiyəsi və idman sahəsi) fəal iştirak etmişlər.

D.Quliyev respublikamızda milli güləşin inkişafında böyük təbliğat işi aparan, habelə milli xalq oyunlarını əhali arasında yayan istedadlı təşkilatçılardan biridir. D.Quliyev radio, televiziya və dövri mətbuatda müxtəlif çıxışları və yazıları ilə xalq oyunlarını, habelə milli güləşin qədim köklərini, bədən tərbiyəsi və idmanın inkişaf tarixini və onun gələcək inkişafını geniş təbliğ edir, keçmiş ittifaq və respublika miqyasında keçirilən milli və sərbəst güləş yarışlarında hakim kimi də fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, keçmiş SSRİ məkanında keçirilən yarışlarda yüksək səviyyədə hakimlik edərək, fəxri fərmanlarla təltif olunmuşdur.

1990-cı ildə D.Quliyev keçmiş SSRİ və respublika miqyaslı güləşmə yarışlarının təşkili və keçirilməsində də yaxından iştirak etmişdir.

O, 1972-1999-cu illər ərzində müəllimliklə yanaşı məşqçilik fəaliyyətini də davam etdirmişdir. D.Quliyev  46  ildən çoxdur ki, məşqçilik-müəllimlik fəaliyyəti ilə məşquldur. O, idman işləri üzrə propektor vəzifəsində işlədiyi müddət ərzində akademiyanın tələbələrindən 6 əməkdar idman ustası, 76  Beynəlxalq dərəcəli idman ustası, 1591 –  idman ustası, 1673-idman ustalığına namizəd hazırlanmışdır. Tələbələrdən bir çoxu dünya, Avropa çempionları və mükafatçıları olmuşlar. Onlardan Əlicanov N., Hacıyev R., Namazov R. və b. göstərmək olar. D.Quliyev  respublika miqyaslı güləşmə yarışlarının keçirilməsində və təşkilində də fəal iştirak edir.

1978-2018-ci illərdə  D.Quliyevin rəhbərliyi və əməyi nəticəsində akademiyanın tələbələri Olimpiya idman növləri üzrə keçirilən Olimpiya oyunlarının, Avropa, dünya çempionatlarının, birinciliklərin,  ali təhsil məktəbləri arasında keçirilən Universiadalarda çempion və mükafatçılar olmuşlar.

Məsələn, 1990-cı ildə sərbəst güləş üzrə Qrodnıy şəhərində keçirilən tələbələrin Universiadasında Nazim Əlicanov 57 kq çəkidə qızıl medal, Nadir Həmidov isə həmin çəkidə gümüş medal qazanmışlar.   1993-cü ildə Avropa birinciliyində sərbəst güləş üzrə 58 kq çəkidə Rövşən Hacıyev qızıl medal qazanmışdır. (Avstraliyanın Gets şəhəri).

1995-ci ildə isə Almaniyanın Vitten şəhərində keçirilən Avropa birinciliyində Namazov Rəhman Zakir oğlu sərbəst güləş üzrə 54 kq çəkidə gümüş medal qazanmışdır.

D.Quliyev milli vətənpərvərlik sahəsində də xüsusi fəallıq göstərir. O, yorulmaq bilmədən 15 ildən artıq əmək semestrində zona və xətti tələbə dəstələrinin komandiri kimi iştirak etmişdir. Dəfələrlə keçmiş Ümumittifaq keçici qırmızı bayrağını Azərbaycana gətirmişdir.

O, on bir dəfə  dairə seçki məntəqəsinin sədri vəzifəsində çalışmış, dəfələrlə  fəxri mükafata layiq görülmüşdür.

Dilqəm müəllim Ermənistandan öz doğma ata-baba yurdlarından deportasiya edilmiş azərbaycanlı bacı və  qardaşlarımıza da köməklik göstərmiş. onun təşəbbüsü ilə yaradılan 25 tələbədən ibarət dəstəyə rəhbərlik edərək, 1989-cu ilin mart-may aylarında Ağdam, Xocalı, Şuşa və Bərdə şəhərində təmənnasız olaraq işləmişlər. Onlar əldə etdikləri gəlirin hamısını (30 min rubl) köçkünlərin hesabına (№70076 fond) keçirmüşlər.

O, Qarabağda yaralanan və şəhid olan tələbələrin ailələrinə də böyük qayğı göstərir. O, dəfələrlə şəhid valideynlərini bir yerə toplamış, Gənclər və İdman  Nazirlyinin rəhbərliyi altında onlara maddi yardım göstərir Şəhidlər Xiyabanını ziyarət etmişlər. O, akademiyada yaradılmış Qarabağ Müharibə fondunun sədri olmuşdur (1988-1994).

D.Q.Quliyevin rəhbərliyi altında müstəqillik, dövlət quruculuğu prosesində, təşəkkül mərhələsində hərbi-fiziki tərbiyənin aktuallığına, onun elmi-nəzəri əsaslarına ciddi fikir vermiş, milli qəhrəmanların adlarına foto-stendlərin tərtibində, onların adına turnirlərin keçirilməsinə, dərsliklərdə, hərbi quruculuq sahəsində gənc nəslin fəaliyyətinin işıqlandırılmasında, şəhid idmançıların ailələrinə yardımın göstərilməsində, Milli ordumuzun yaradılmasında, İstiqlal, Dirçəliş günlərinin təntənəli şəkildə qeyd edilməsində, torpaqlarımızın 20%-dən çoxunu zəbt etmiş erməni vandalizmi üzərində qələbəni təmin etmək üçün orduya gücü çatan köməklik etmişdir. Akademiyanın tələbələri M.Mirhəsənov adına 1 nömrəli respublika klinik xəstəxanasından 31  nəfər kimsəsiz uşağın, göz xəstəlikləri institutundan isə 7 xəstənin müalicəsini öz üzərinə götürmüşlər, Kəlbəcərdəki yerli batalyona 37 min manatlıq yardım etmişlər. Tələbələrimiz bir neçə dəfə Bakı şəhərinin 196 nömrəli qanköçürmə məntəqəsində və süd kombinatında yaralılar üçün qan vermişlər. Milli qəhrəmanlarla görüşlərin təşkilində, hərbi hissələrdə, foto, sərgi, albomların hazırlanmasında və başqa tədbirlərin keçirilməsində yaxından köməklik göstərir.

1990-1992-ci illərdə D.Quliyevin rəhbərliyi ilə bir qrup tələbə üç ay ərzində Xocalı, Şuşa, Ağdam və başqa rayonların məktəblərində bədən tərbiyəsi müəllimlərinə köməklik göstərmişlər.

O, vətənpərvərlik nümunəsi göstərərək, «Şəhid idmançılar» (1995), «Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi» (1996), «XX əsrin qan yaddaşı» (1998), “Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili” (2007), “İlqar İsmayılovun şəhidlik zirvəsi -50” və başqa kitablar yazmışdır. Azərbaycan KİVNİH rəhbərliyi həmin kitablara görə D.Quliyevi general H.Aslanov adına fəxri diplomla (1995), «Nailiyyət» (1995) mükafatı ilə təltif etmişdir.

O, dərsləri yüksək elmi-pedaqoji səviyyədə keçirir, mühazirələrində müasir elmin nailiyyətlərindən istifadə edir. Bu baxımdan Dilqəm müəllimin bədən tərbiyəsi və  müxtəlif idman növlərinin təşkili və keçirilməsinə, tarixinə, taktika və texnikasına istinad edərək tələbələr üçün hazırladığı  dərsliklər, dərs vəsaitləri və göstərişləri diqqətə layiqdir. Ümumiyyətlə, Dilqəm müəllim öz tədqiqatlarına uyğun çoxsaylı elmi-pedaqoji ədəbiyyatlar araşdırmış, “Şəhid idmançılar” (1995), “XX əsrin qan yaddaşı” (1998), “Azərbaycan ulduzları Olimpiya Oyunlarında» (1996), «Bədən tərbiyəsi və idmana dövlət qayğısı» (2001)  mövzusunda yazılmış bu və ya digər kitabları xalqımızın ümummilli lideri Heydər Əliyevə, «Azərbaycanda cüdo» (2002), «Azərbaycan idmanının dünəni və bu günü» (2003), “İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu” (1997-2007)  və b. kitabları isə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən təqdim etmiş  və yüksək mükafatlara layiq görülmüşdür.

Dilqəm müəllimin “Şair qəlbli qəhrəman”, “Tələsmə könlüm” adlı məqalələri  rus dilində olan məktəblərin 9-cu sinf dərsliklərində (Bakı-2009) və  ibtidai siniflərdə folklor materiallarının öyrədilməsi metodikasında (Bakı-2000) çap olunmuşdur.

Müəllifi olduğu  “Azərbaycanın ustad pəhləvanları”, “İdman və Olimpiya Oyunlarında İlham Əliyevin rolu”, “Azərbaycan idmanının dünəni və bu günü”, “Helsinkidən başlayan yol”, “Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və başqa kitablar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Dövlət Qulluğuna qəbul testlərində istifadə olunan ədəbiyyatların siyahısına salınmışdır.

2000 – Dilqəm Quliyevin həyatı haqqında publisist şair Tapdıq Əlibəylinin müəllifliyi ilə «Yol gedənindir» adlı kitab yazılıb.

2013 – Etibar Quliyevin müəllifliyi ilə “Dilqəm Quliyevin həyat fəlsəfəsi” adlı kitab yazılıb.

2014 – Dilqəm Quliyevin həyatı haqqında publisist şair Tapdıq Əlibəyli və Etibar Quliyevin “ Ziyalı ömrü” adlı kitab yazılıb.

Dilqəm Quliyevə tapşırılan işləri yüksək professionallıqla həyata keçirdiyinə görə əmək kitabçasına yazılmaq şərti ilə 8 təşəkkür elan edilmişdir. Bədən tərbiyəsi və idmana səmərəli xidmətinə və yüksək ixtisaslı idmançılar hazırladığına görə dövlət tərəfindən dəfələrlə aşağıda qeyd olunan mükafatlarla təltif edilmişdir:

1978 – “Azərbaycan komsomolu”nun fəxri  fərmanı;

1988  – “ÜİLKGİ MK-“nın fəxri fərmanı və döş nişanı;

1995 –  “General Həzi Aslanov” adına fəxri fərman;

1995  – “Kamil sənətkar” fəxri diplomu;

1996  – “İnam və Şərəf” diplomu;

1998 –  “Azərbaycan bayrağı” mükafatı;

2000  – “Nurlu qələm ustası”;

2003 –  «Qızıl qələm» Media Mükafatı Lauriatı.

 

 

 

 

 

 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nineteen − 1 =