Bacı qatili şikayətçidir

0

rr3333Millixəbər.az xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində bacısını qətlə yetirən Mingəçevir şəhər sakini, 1997-ci il təvəllüdlü Hadıyev Namaz Mobil oğlunun apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.

 

Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Namaz Hadıyev, bacısı – 1998-ci il təvəllüdlü Hadıyeva Gövhər Mobil qızını ötən il iyulun 5-də Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə qətlə yetirib. Üzərində 38 bıçaq yarası olan meyit Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb.

 

Qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən  Gövhər Hadıyevanın bir il əvvəl evlərindən çıxdığı, Bakıya gəldiyi və bir daha geri qayıtmadığı bildirilib. O, hadisədən bir neçə gün əvvəl qardaşı ilə telefonla danışıb və ondan bağışlanmasını istəyib. G. Hadıyeva Bakıdan taksi ilə həmin əraziyə gəlib. Namaz Hadıyev qeyd olunan ərazidə bacısı ilə görüşüb, onu qətlə yetirib, meyiti yandırandan sonra Bakıya gedərək polisə təslim olub.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Namaz Hadıyevi Cinayət Məcəlləsinin  CM 120.2.4, 177.2.1, 177.2.3, 221.3, 228.4, 29, 318.1, 326.2 maddələri ilə təqsirli bilərək 18 il müddətinə azadlıqdan məhrum edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seven − six =