Bahar Muradovadan VACİB QARABAĞ AÇIQLAMASI

0

Ötən ilin sonundan və bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən hərəkətlənmə müşahidə olunmaqdadır.

Millixəbər.az-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatların vasitəçi nümayəndələrin, həm həmsədr ölkələrin bəyanatarı həm Azərbaycan və Ermənistan rəhbərlərinin bəyanatlarında əksini tapan məqamlar bizi müəyyən qədər ümidlənməyə, məslənin ölü nöqtədən tərpənməyə əsas verirdisə, ortaya çıxan meyllər bizi problemi həll etmək iqtidarımız gücləndikcə onun qarşısını almaq istəyən dairələrin səylərini artırmaq cəhdi göstərdiyini düşünməyə vadar edir.

B.Muradovanın sözlərinə görə, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb, bu, ardıcıl məqsədyönlü siyasətdir: “Hətta bunun əksini söyləyənlər də bunu görür. Lakin nların məqsədləri gündəmi dəyişmək, qarşımızda dayanan məqsədlərdən yayındırmaqdır. Ona görə biz bu səyləri göz önünə alaraq, diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Bütün həmkarlarımızı beynəlxalq təşkilatlar çərçivəsində, ikitərəfli və çoxtərəfli əsasda bu məsələnin həllinə və Azərbaycanın artan iqtisadi və hərbi qüdrətinin qarşısında, digər parametr kimi çıxış edən ölkə vətəndaşlarının sosial rifahının diqqətin daim diqqətində olduğunu göstərən siyasəti nəzərə alaraq bütün bunların vahid məqsəd olan Dağlıq Qarabağ və danışıqlar prosesini irəlilətməyə çağırıram.

Hesab edirəm ki, bütün məqamlarda məqsəd məhz bu olmaldır. Heç bir məqamda bizi bu niyyətdən yayındıran dairələin cəhdlərinə uymamalı, məqsədimizi bu istiqamətə yönəltməliyik. Hesab edirəm ki, Azərbaycanın artan gücü bu dairələri narahat məsələləri gündəmə gətirməyə vadar edir. Ona görə də gücdən qüdrətdən istinad edərək, ölkə prezidentinin müəyyən etdiyi cəsarətin yanında olmalıyıq”

“sonxeber.az”

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × three =