“Bakı-2017” karateçilərin gözü ilə REPORTAJ

0

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir.  Bu gün yarışların 6-cı günüdür. Müxtəlif arenalarda müxtəlif idman növləri üzrə  gərgin yarışlar  davam edir. Bakı İdman Sarayında karate idman növü üzrə yarışlar keçirilir.

SİA karateçilərin yarışla bağlı təəssüratlarını öyrənib.

Bakının gözəl şəhər olduğunu deyən Malayziyalı baş məşqçi Kouadio Stephane Agbanan Azərbaycana ilk dəfə gəldiyini deyib: “Şəhəriniz çox gözəldir. İlk dəfədir ki, Azərbaycana gəlirəm. “Bakı-2017” nin təşkilatçılığı çox yüksəkdir. Ölkənizdə olmağımdan çox şadam . Biz Atletlər kəndində qalırıq və oradakı şəraitdən çox razıyıq. Yarışlarla bağlı hələlik ölkənizi gəzmək imkanım olmayıb, Amma komandamızla birlikdə yarışlardan sonra gəzməyi planlaşdırırıq”.

 Fələstinli karateçi Motaz Daraghmen Bakını gəzmək arzusunda olduğunu bildirib: “Bugünkü yarışlara hazırlaşdığım üçün VI İslam Həmrəylik Yarışlarının rəsmi açılış mərasiminə qatıla bilmədim. Amma buna baxmayaraq açılış mərasimini izlədim və  tədbirin möhtəşəm  şəkildə təşkil edildiyini gördüm. Bakıya ilk dəfədir gəlmişəm. Şəhəriniz çox gözəldir. Hazırda başımız yarışlara qarışdığı üçün gəzmək imkanı əldə bilməmişik. Amma şəhərinizi gəzmək çox istərdim.   Bir çox beynəlxalq yarışlarda iştirak etsəm də, buradakı təşkilatçılığı çox bəyəndim. Ümid edirəm ki, “Bakı-2017” bizim üçün uğurlu olacaq”.

IV islam Həmrəylik Oyunları kiki böyük idman tədbirinə ilk dəfə qatıldığını deyən Türkmənistan komandasının karate üzrə qadın təmsilçisi Cumabayeva Zuhra Azərbaycanı sevdiyini bildirib: “Bakıya ilk dəfə gəldim. Buranı çox sevdim. İnsanlarınız çox mehribandır. Ötən gün IV İslam Həmrəylik oyunlarının açılış mərasiminə də qatıldıq. Açılış proqramı çox təsirli idi. Yüksək  təşkilatçılığa görə, afərin deyirik. Qonaqpərvərliyə görə minnətdarıq. Şəhərinizi gəzmək niyyətindəyik”.

Artıq üçüncü dəfədir ki, Azərbaycana gəldiyini deyən türkiyəli karateçi Ərman Utamor bundan əvvəl 2012-ci və daha sonra isə 2015-ci ildə I Avropa Oyunlarında iştirak etdiyini deyib: “Avropa Oyunlarında III yeri qazanaraq Bürünc medal almışdım. Yarışlar yüksək səviyyədə təşkil olunub. “Bakı-2017”də  ilk oyuna qardaşım kimi sevdiyim Azərbaycanın fəxri olan Rafael Ağayevlə çıxdım və məğlub oldum. III yer uğrunda mübarizəmi davam etdirəcəm. Bürünc medal qazanmaq istəyirəm. Bütün Azərbaycan xalqının dualarını gözləyirəm. Bu gün yarışa çıxacağıma görə dünən möhtəşəm açılış mərasiminə qatıla bilmədim. Lakin açılış mərasimini izlədim. Əsil Azərbaycana yaraşan möhtəşəm tədbir idi. Yüksək səviyyəli təşkilatçılığa görə, Azərbaycana təşəkkür edirəm. Bütün xalqınıza salamları göndərirəm”.

Qeyd edək ki, karate yarışları üzrə final oyunları axşam saatlarında Bakı İdman Sarayında  baş tutacaq. Karateçilərimiz Fəridə Abiyeva, Rafael Ağayev və digərləri qızıl medal uğrunda mübarizəyə qatılacaqlar.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ilk dəfə İslam Həmrəylik Oyunları bu Səudiyyə Ərəbistanında keçirilib. İkinci İslam Həmrəylik Oyunlarının 2009-cu ilin oktyabrında İranda keçirilməsi planlaşdırılsa da sonradan tarix  2010-cu ilin aprel ayına salınıb. Lakin ölkələr arasında fikir ayrılığı səbəbindən oyunlar ləğv edilib. III İslam Həmrəylik oyunları 2013-cü ildə İndoneziyada baş tutub.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twenty − seventeen =