Bakı məktəbində valideyn nəzarətçini döydü – YENİLƏNİB

0

Nizami rayonunda yerləşən 251 nömrəli tam orta məktəb təhsil ocağında baş verən hadisəyə münasibət bildirib.

Məktəbdən “Report”a verilən məlumata görə, fevralın 10-u saat 13:00-da valideyn və texniki işçi (qapıçı) xanımlar arasında anlaşılmazlıq yaranıb:

“Uşaqların dərsdən çıxan vaxtı valideyn məktəbin giriş qapısında şagirdlərin hərəkətinə mane yaratdığına görə texniki işçi ona iradını bildirib. Valideyn isə israr edərək məktəbə daxil olmaq istədiyini söyləyib. Son nəticədə həmin valideyn texniki işçinin saçından tutaraq ona qarşı fiziki zorakılıq edib. Qapıçı xanım da bununla bağlı əsəbi vəziyyətdə polisə müraciət edib”.

***

Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, həmin məktəbdə oxuyan şagirdlərdən birinin valideyni F.K. (qadın) dərs zamanı otağa daxil olmaq istəyib. Bu zaman məktəbin nəzarətçisi, 1984-cü il təvəllüdlü X.Həsənova onu içəri buraxmayıb. Nəzarətçi ilə mübahisə edən valideyn ona hücum edərək saçından tutub.

Yaxınlıqda olan digər şəxslər onları ayırıb.

Daha sonra X.Həsənova bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × 4 =