Bakıda avtobus maşınla toqquşdu, 5 yaralı

0

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Millixəbər.az xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51 yaş), Məmmədov Xəyyam (38 yaş), Səfərov Bəxtiyar (38 yaş) və Məmmədov Eldəniz (49 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × five =