Bakıda Fitoterapiyanın inkişafı ilə bağlı birgə konfrans keçirilib+VİDEOREPORTAJ

0

“Fitoterapevtlər” İctimai Birliyi, “Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi”nin birgə təşkilatçılığı ilə Sağlam, gənc və uzun ömürlü olmaq üçün təmizlənmə(Detox) müalicələri”mövzusunda konfrans keçirilib.

Konfransa tanınmış Akademik və Alimlər,QHT sədrləri,ictimai fəal şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Azərbaycanlıların və Digər Türkdilli xalqların Əməkdaşlıq Mərkəzi”nin sədri İlham İsmayılov təbii müalicə vasitələrindən istifadə etməyin önəmindən danışıb. Bu cür birgə konfransların keçirilməsinin maarifləndirmə işində müsbət rolu olduğunu diqqətə çatdırıb.

Konfransda “Fitoterapevtlər” İctimai Birliyinin sədri,Nərgiz Tibb Mərkəzinin baş həkimi,Tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova bildirib ki, Azərbaycan zəngin dərman bitgiləri florasına malik bir ölkədir. Bu cür müalicəvi bitgilərin insan sağlamlığında böyük əhəmiyyəti var.Kimyəvi dərman preparatlarından fərqli olaraq bitgilərdən hazırlanmış təbabət məhsulları insan sağlamlığına daha yaxşı təsir edir. Biz mütəmadi olaraq Fitoterapiyanın cəmiyyətimizdəki olduqca vacib rolunun artırılması istiqamətində elmi-praktiki konfranslar keçirərək vətəndaşlarımızı maarifləndiririk. Bu sahədə Alimlərimizlə birgə çalışmağa üstünlük verir,onlarla fikir mübadiləsi edirik. Azərbaycanın təbii mülicə sahəsində, milli fitoterapiyanın inkişafının vacibliyini düşünərək həm ölkəmizdə,həm də dünyada bu sahədə mövcut imkanlardan düzgün və səmərəli istifadə edirik. Beləliklə, insanlarımızın sağlamlığına öz tövhəmizi veririk. Sevindirici haldır ki, Naxçıvan duzdağ mağarası,Naftalan Qalaaltı sanatoriyasi kimi bizim təbii müalicəvi sahələrimiz mövcutdur. Azərbaycanda min bir dərdin-dərmanı olan bitgi florasını Bu sahə üzrə ixtisaslaşmış Alim və mütəxəsislərlə birgə çalışaraq daha da dərindən araşdırmaqla xalqımızın sağlamlığı naminə bilik və bacarığımızı bundan sonrada davam edəcəyik.

Konfransda Millət Vəkili İham Məmmədov çıxışı zamanı bildirib ki, Azərbaycan Fitoterapevtlər cəmiyyətinin bu sahədə fəaliyyəti təqdirəlayiqdir.Müalicəvi bitgilərlə zəngin olan ölkəmizin bu cür inkanlarından düzgün bəhrələnməli Fitoterapevtlər birliyinin daha da inkişafına hər birimiz dəstək olmalıyıq.Hesab edirəm ki, bu cür maarifləndirici konfranslar davamlı xarakter daşımalıdır. Azərbaycanın dərman bitgi növləri araşdırılmalı sağlamlığa yararlı tərəfləri müəyyənləşdirlməlidir. Fitoterapiya sahəsinin hərtərəfli inkişafı üçün ölkəmizdə hər cür imkanlar var.

Akademik Vaqif Abbasov geniş və məzmunlu çıxışında qeyd edib ki, Nərgiz Klinikasının baş həkimi,Fototerapevtlər cəmiyyətinin sədri Məlahət Qəhrəmanova illərdir ki, dərman bitgiləri ilə Təbii mülicə üsullarına daha çox yer vermiş və yorulmadan çalşıb. Fitoterapevtlər cəmiyyətinin təbbi müalicə sahəsindəki fəaliyyəti daha da genişlənməlidir.Təbii müalicəyə üstünlük artırılmalıdır. Azərbaycaan çox saylı dərman bitgi növləri mövcutdur. Hər birimiz fitoterapiyanının inkişafına diqqətimizi artırmalıyıq.Bu baxımdan belə maarifləndirici müzakirə və konfransların böyük əhəmiyyəti var.

Konfransa məruzə ilə çıxış edən Fitoterapevtlər İctimai birliyinin İdarə heyyətinin üzvi Aidə Bəndəliyeva genetik motfikasiya olunmuş məhsullardan bəhs edib.Deyib ki, qəbul eydiyim hər bir məhsul geni yoxlanılmalıdır. Təbii qidalara daha çox yer verilməlidir.Bu sahədə diqqətli olmaq mütləqdir.

AMEA -nın Botanika İnstitunun aparıcı elmi işçisi, Biologiya elmləri doktoru,ptofessor Lətafət Mustafayeva “Azərbaycanın Bitgi Ehtiyatları-İnsan Sağlamlığının keşiyində” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan bitgi ehtiyatına malik bir ölkədir.Ölkəmizdə dərman bitgilərin bir çox növləri var.Bitigi ehtiyatını qoruyub saxlamaq və fitoterapiyanının inkişafının bu baxımdan çox böyük önəmi var. Fitoterapevtlər Birliyinin təbii müalicəyə üstünlük verməsi alqışa layiqdir…

Professor Leyla Gərayzadə Məlahət Qəhrəmanovanın rəhbərliyi altında “Fitoterapevtlər” İctimai birliyinin fəalyyətini daima maraqla izlədiyini,təbii müalicə sahəsində fədakarlığını yüksək qiymətləndirdiyini xüsusi olaraq vurğulayıb.

Qardaş Türkiyədən dəvət olunmuş qonaq Naturmed Sağlamlıq Mərkəzinin baş həkimi, Doğa Sağlıq Vaqıfı Başkanı,Avropada tanınmış uzman Yaşar Yılmaz Azərbaycan Türkiyyə dostluq və qardaşlıq münasibətlərindən söz açıb.Bu cür birgə konfransların fototerapiyanın inkişafı yönümündə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini deyib.

Konfransın sonunda bir qrub təşkilat fəallarına diplom və sertifikatlar təqdim olunub.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

18 − five =