Bakıda holdinq rəhbəri 34 nəfəri aldatdı – ŞOK FAKTLAR

0

Bakıda özünü holdinq rəhbəri kimi təqdim edərək insanları aldadıb pulunu ələ keçirən şəxslərin barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci, yəni mütəşəkkil dəstə tərəfindən dələduzluq etmək maddəsi ilə barələrində iş açılan Qədirov Aqil Əhməd oğlu ilə Məmmədov Elnur Adil oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq. Məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən 34 nəfər dələduzluq faktı ilə üzləşdiyini bildirib. Onlar qeyd edib ki, 2013-cü ildən etibarən ozünü “Mega Holding” MMC-nin təsisçisi kimi təqdim edən Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Aqil Qədirov onlara müxtəlif qiymətlərə mənzillər satıb. Lakin sonradan həmin mənzilin digər şəxslərə də satıldığı məlum olub.

“Mega Holding” MMC-dən isə bildirilib ki, Aqil Qədirov kimi tanınan şəxs MMC-də işləməyib: “Ola bilsin ki, həmin şəxs dəllal kimi fəaliyyət göstərib”.

Araşdırma zamanı Aqil Qədirovun dələduzluq əməllərini Elnur Məmmədovla birgə həyata keçirdiyi üzə çıxıb.

mənbə: news24.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × four =