Bakıda sahibkar iranlı həkimi döydü – TƏFƏRRÜAT

0

Bakıda iranlı həkim döyülüb.

Millixəbər.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazımi Behram Əli oğlu Yasamal Rayon Polis Şöbəsinə müraciət edərək ötən gün həkim işlədiyi “Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.

Bu barədə APA-ya danışan Behnam Kazemi qeyd edib ki, o, “Starmed” klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir: “Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəb oldu. Mən icarə pulunu ödəmişəm. Lakin buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb”.

B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

8 − 5 =