“Baksol” yolunda dayanacaq yoxdur – 300-dən çox ailə çətinlik çəkir – VİDEO

0

300-dən çox ailənin yaşamasına baxmayaraq ətrafda bir dənə də dayanacaq yoxdur.

Millixəbər.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbətpaytaxtın Binəqədi rayonu, Məmmədəmin Rəsulzadə qəsəbəsindən keçən “Baksol” yolunundandır. Yolun kənarındakı yaşayış massivinin sakinləri ərazidə sərnişin avtobusunu gözləmək üçün dayanacaqların olmamasından şikayətçidir.

Qəsəbə sakinlərinin əziyyət çəkdiyi digər bir məsələ isə ərazidə olan piyada keçidi xətlərinin silinməsidir.

Ərazidəki dayanacaq problemi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin İcitmaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev bildirdi ki, əraziyə dayanacaqların qoyulması üçün artıq baxış keçirilib.

Piyada keçidinin silinməsi məsələsinə gəldikdə isə, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev dedi ki, hazırda ərazidə təmir-tikinti işləri aparılır və işlər yekunlaşdıqdan sonra yolda lazımi yol hərəkət nişanları və işarələri yenilənəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

2 × 4 =