Baloğlan Əşrəfov Mübariz Mənsimovla bağlı Azərbaycan xalqından DƏSTƏK İSTƏDİ

0

Ürəyi Azərbaycanla döyünən bir uca zirvədir Mübariz Mənsimov

” Polmali” Şirkətlər Qurupunun prezidenti, tanınmış qardaş Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Fetoçuluq”da ittiham edilərək saxlanılması ilə bağlı Respubilkanın Əməkdar artisti,tanınmış müğənni bu gün Millixəbər. az-a zəng vuraraq bildirdi ki, Mübariz Mənsimov heç bir vaxt belə bir işlə məşqul ola bilməz o təmiz saf bir insandır. Ola bilsin ki, kimlərsə onu ləkələməyə, gözdən salmağa çalışırlar. Azərbaycan ictimayyətinə bəllidir ki, Mübariz Mənsimov necə vətənpərvər bir insandır.

O qayğıkeş bir Azərbaycanlı olaraq şəxsən mənə, başa soydaşlarımıza çox kömək edərək qayğı və diqqətlə yanaşıb. Ona kömək əlini uzadan qazilərə, sağalmaz xəstəlikdən əziyyət çəkən vətəndaşlarımızın əlindən tutan, ürəyi Azərbaycanla döyünən bir uca zirvədir Mübariz Mənsimov.

Əziz həmvətənlər! gəlin birlikdə, hamılıqla bu cür vətən övladımıza hər birimiz sahib çıxaq,ləkələnməyə qoymayaq, öz insanlıq və təssübkeşlik borcumuzu ləyaqətlə yerinə yetirək.

Mən sizlərin sevərək qəbul etdiyiniz Baloğlan Əşrəfov olaraq, dəyərli soydaşımız, əzizimiz,hörmətli iş adamımız Mübariz Mənsimovla bağlı o taylı, bu taylı Azərbaycan xalqından dəstək istəyirəm. Mübariz Mənsimov kimi oğulları qorumaq hər birimiz üçün olduqca vacib vəönəmlidir.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

14 − eight =