“Beynəlxalq ictimaiyyəti aldatmaq kursu Ermənistana uğur gətirməyəcək” — Millət vəkili

0

“Ermənistanın baş naziri Nikol Paşinyan da sələfi Serj Sərkisyanın yolunu gedir. O da sələfləri kimi Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Əksinə, beynəlxalq ictmaiyyəti çaşdırmaqmaqla, işğal siyasətini köhnə baza üzərində davam etdirir”.

Millixəbər.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Paşinyanın Azərbaycan və Türkiyənin Ermənistanın sərhədlərini bağlayaraq təcrid vəziyyətində saxlaması barədə səsləndirdiyi fikrə mövqeyini açıqlayarkən deyib.

“Paşinayan növbəti dəfə beynəlxalq tribunadan  çıxışı zamanı  Ermənistanın əvvəlki rəhəbrləri kimi   münaqişə barəsində yalan məlumat verib. O, deməsə də,  dünya ölkələri Azərbaycan və Türkiyənin  Ermənistanla sərhədinin niyə görə bağlandığının səbəblərini yaxşı bilirlər. Bunun kökündə Ermənistanın Azərbaycan topraqlarının işğalı durur. Ermənistan qonşu ölkələrinə qarşı ərazi iddiası durur. Özünə hörmət edən  heç bir ölkə  belə bir dövlətlə  əlaqə yarada bilməz”.

Onun sözlərinə görə, Ermənistan  nə zaman beynəlxalq hüquq normalarına hörmət edərək və bu prinsiplər əsasında Azərbaycan və Türkiyəyə əlaqələr qurmaq istəsə, o zaman sərhədlər açılacaq.  Deputat onu da əlavə edib ki, sərhədlərin bağlanmasından və işğal siyasətindən ilk növbədə əziyyət çəkən elə Ermənistanın özüdür:

“Bunun nəticəsi olaraq Ermənistan iqtisadiyyatı çökməkdə davam edir, əhali köç edir, bir dövlət kimi böhran içərisində yaşayır. Nə zaman Ermənistan bu siaysətindən vaz keçərsə situasiya dəyişə bilər. Yoxsa Ermənistanın beynəlxalq ictimaiyyəti  aldatmaq kursu  Ermənistan uğur gətirməyəcək”-A.Mirzəzadə bildirib

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − 9 =