“Biabırçıdılar, onların sırasında olmaq istəmərəm” – Günaydan trenddə olan MÜĞƏNNİLƏRƏ

0

“Çox pis hadisələr yaşadım. Ona görə də prodüserlərlə çalışmıram. İndi gözüaçığam. Əvvəlki Günay deyiləm daha. İşlə bağlı başqa cür olmuşam. Müğənninin yanında onu çox isttəyən olmalıdır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli “Hər şey daxil” verilişində deyib. Sənətçi artıq prodüserlə çalışmadığını söyləyib.

Günay trenddə olan mahnıları tənqid edib. Müğənni qalmaqallı açıqlama verərək, onları biabırçılıq adlandırıb:

“Trendə düşməyi heç istəmirəm. Orada olan müğənnilər sırasında olmaqdansa, sənəti ataram. Özümü onların sırasında görmürəm. Savadlı musiqi deyil bunlar. Onu musiqi adlandırmıram. Biabırçılıqdır onlar. Bir günə mahnıları 10-20 milyon olurlar. Heç onları getdiyim toyda görmürəm”.

Qeyd edək ki, hazırda mahnıları trenddə olanlar arasında Şəbnəm Tovuzlu, Damla, Rəsul və Xana, Zenfira İbrahimova yer alır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

thirteen + nineteen =