Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edir

0

Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev rəhbərlik etdiyi kollektiv adından 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə körpə balalarımızı ürəkdən təbrik edir, onlara gələcək həyatlarında xoş arzular diləyir.


Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.


Uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqlar diqqətdən kənarda qalmamalıdır.

Bu baxımdan cənab prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və himayəsi sayəsində böyüyən yeni nəsil dövlətə xalqa layiqli övladlar olacaqlar.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

18 − 17 =