Biləcəridə yük qatarı yanır

0

Bakıda yük qatarının vaqonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

10 − 5 =