“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 2 Avqust – “Milli kino günü” münasibətilə tədbir keçirildi

0

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 avqust 2017-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 2 Avqust – “Milli kino günü” münasibətilə tədbir keçirildi.

Millixəbər.az ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri, gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov gəncləri salamlayaraq Gənclər Evinin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, burada gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif layihələr həyata keçirilir, kino günü münasibətilə keçirilən tədbir də bunlardan biridir.
Sonra çıxış edən natiqlər Rauf Həsənov və Fəsli Nəbiyev vurğuladılar ki, 119-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin nümayişi ilə davam etdirildi. Film izləyicilərdə böyük təəssürat yaratdı.
Eyni zamanda tədbir zamanı ASAN “Master -2” layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüsü Rəvanə Məmmədova doğum günü münasibətilə təbrik edildi.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × three =