Binəqədi rayonunda “İlin 105 Qızıl beyni” elmi-praktik konfrans keçirildi+FOTOLAR

0

Binəqədi rayonunda 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “İlin 105 Qızıl Beyni ” adlı elmi-praktik konfrans keçirildi.

Millixəbər.az ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik  Vaqif Abbasov , millət vəkilləri Musa Qasımlı,  Kəmaləddin Qafarov , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasının qarşısında yerləşən Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirdilər.

Konfrans rayonun istedadlı gənci Aydan İlxaslının “Qarabağ şikəstəsi” muğamı ilə start götürmüş, daha sonra səhnəyə qalxan rayonun 179 saylı məktəbin şagirdi Aysu Əsgərova “Azərbaycan” şeirini səsləndirmiş və Cocuq Mərcanlıya həsr edilmiş filmin fonunda Aysu və Əsma Məmmədova bacılarının “Azərbaycan” musiqisinin ifası ilə başlanmışdır.

Daha sonra tədbir rayonun fəal gənclərinin hazırladıqları  Azərbaycan Respublikasının dövlət himnin fonunda kompozisiya ilə açıq elan edilmişdir.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2016-2017-ci tədris ilin yekunları


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

14 − 2 =