Binəqədidə Zərifə Əliyeva anıldı

0

Binəqədi rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş “Qayğıkeş ana” adlı  tədbir keçirilib. Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi tamam olur.

 

Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına İstirahət parkında Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan Binəqədi rayon İcra hakimiyyətinin dəstəyi ilə Bakı Modern Təhsil Kompleksinin şagidlərinin təşkil etdiyi “Qayğıkeş ana” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxışan edən rəsmi nümayəndələr oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etmişlər.

 

Rəsmi nümayəndələrin çıxışından sonra tədbiri Bakı Modern Təhsil Kompleksinin şagirdləri davam etdirmişdilər.Şagirdlər akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını vurğulamışlar.Həmçinin, Zərifə xanım Əliyevanın dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradaraq və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyulmasını da iştirakçıların nəzərinə çatdırılmışdır.

Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacağını şagirdlər xüsusi olaraq vurğulamışdılar.

Tədbir Bakı Modern Təhsil Kompleksi şagirdlərinin təşkil etdiyi konsert proqramı ilə davam edib. Xatirə günündə şagirdlərin əl işlərindən ibarət sərgi, ədəbi-musiqili kompozisiya sərgisi, gipsdən hazırlanmış nar maketlərinin bəzədilməsi və çay daşlarının üzərində işləmələr nümayiş olunmuşdur. Tədbirə dəvət olunmuş uşaqların vaxtlarını daha maraqlı keçirmək üçün tədbirdə şahmat yarışı, şən estafetlər, futbol-robot oyunları keçirilmişdir.

 

Həmçinin tədbirdə Bakı şəhərində yerləşən kimsəsiz uşaq evlərindən olan uşaqlara yardım etmək məqsədi ilə xeyriyyə aksiyası keçirilmişdir. Kimsəsiz, qayğıya ehtiyacı olan uşaqlara maraqlı, qeyri adi təəssuratlarla xatirələrində qalan bir gün təşkil olunmuşdur.

 

Tədbirin sonunda Bakı Modern Təhsil Kompleksinin şagirdləri Zərifə xanım Əliyevanın böyük filosof, gözəl pedaqoq və natiq olmaqla yanaşı ilk növbədə zərif, qayğıkeş ana kimi yaddaşlarda yaşadığını qeyd etmiş və Bakı Modern Təhsil Kompleksinin pedaqoji heyətinin Zərifə Əliyevanın xeyirxahlıq irsini yaşadaraq, şagirdlərdə tərbiyə etmək və cəmiyyəti tolirantlığa, sülh sevərliyə, humanistliyə çağırmağın əsas amalları olduğunu vurğulamışlar.


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × one =