“Bizim heç bir fabriklə anlaşmamız yoxdur” – Təhsil Nazirliyi

0

Təhsil nazirliyi rəsmiləri bəyan ediblər ki, məktəbli formasının tikilməsi ilə bağlı nazirliklə hər hansı tikiş müəssisəsi arasında heç bir anlaşma yoxdur.

Millixəbər.az xəbər verir ki, bu gün Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məktəbli formaları ilə bağlı aparılan ictimai müzakirəyə həsr olunmuş görüş keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə Təhsil nazirinin müavinləri İdris İsayev, Məhəbbət Vəliyeva, nazirin müşaviri Elnur Məmmədov, İctimai Şuranın sədri və üzvləri, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, ölkədəki tikiş müəssisələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə yeni məktəbli forması ilə bağlı müzakirə aparılıb. Təhsil nazirliyi rəsmiləri bəyan ediblər ki, məktəbli formasının tikilməsi ilə bağlı nazirliklə hər hansı tikiş müəssisəsi arasında heç bir anlaşma yoxdur. Nazirlik nümayəndələri məktəbli formasının tikilməsi mexanizminin tam şəffaf keçiriləcəyini, bu məsələdə maraqlı tərəf olmadıqlarını bildiriblər. Daha sonra çıxış edən AİB sədri Eyyub Hüseynov bildirib ki, məktəbli formalarının tikilməsi üçün bazara daxil olan tikiş müəssisələri ilə məktəb direktorları əlbir olmamalıdır. Tikiş müəssisələrinə tapşırılıb ki, bunun mexanizmi açıqlansın. O, bildirib ki, məktəbli formasında keyfiyyət məsələsinə diqqət yetirilməli, forma tikilişini bir tikiş müəssisəsinə həvalə etməklə qiymət diktəsinə yol vermək olmaz. Məktəbli formaları ilə bağlı təkliflər qəbul olunub. Tədbirdə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində qaldırılan bu məsələnin davamı olaraq keçirilən görüşdə Təhsil Nazirliyinin iştirakının təmin edildiyi, görüşün baş tutması üçün İctimai Şuranın məsul işçilərinə Nadir İsrafilova və İlqar Orucova təşəkkür edilib.

Qeyd edək ki, Bakı Tikiş Evinin satış rəhbəri Etibar Əzimov mətbuata açıqlamasında bildirmişdi ki, yeni məktəbli formalarının tikilməsi üçün Təhsil Nazirliyi yanında yaradılan İşçi Qrupunda onların təqdim etdiyi məktəbli formaları eskizləri qəbul olunub. Əzimov hətta nazirliyin məktəbli formasını BTE-nin tikməsinə razı olduğunu bəyan etmişdi. Bu gün keçirilən tədbirdə Təhsil nazirliyi rəsminləri Əzimovun bu fikrini təkzib ediblər.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 + 11 =