BMT-ni Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə lazımi hüquqi qiymət verməyə və təcili tədbirlər görməyə çağırırıq.

0

BMT-nin Baş katibi cənab Antonio Guterresə Hörmətli Antonio Guterres,

Ermənilərin sentyabrın 27-də səhər başladığı hərbi təxribat nəticəsində Azərbaycan yaşayış məntəqələri ağır artilleriya atəşinə tutuldu.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın sıx məskunlaşdığı ərazilərə şiddətli artilleriya atəşi nəticəsində son dörd gündə 55 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirildi və vəfat etdi. Erməni hərbi birləşmələri əhalinin sıx yerləşdiyi ərazilərə – rayon və kənd mərkəzlərinə, mülki infrastruktur obyektlərinə – evlərə, xəstəxanalara, tibb məntəqələrinə, məktəb binalarına, uşaq bağçalarına, hökumət binalarına, təsərrüfat sahələrinə ağır artilleriya atəşlərini davam etdirir.

Ermənistan silahlı qüvvələri tərəfindən mülki infrastruktur obyektlərinin atəşə tutulması nəticəsində 163 ev, habelə 36 mülki obyekt ciddi ziyan görmüş, habelə mülki nəqliyyat vasitələri yararsız hala düşmüş və bir çox təsərrüfat məhv edilmişdir.

Ermənistan tərəfindən qəsdən qəsəbələri və mülki insanları hədəfə almaq 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə və çağırışlarına məhəl qoymur və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.

730 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, BMT-ni Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə lazımi hüquqi qiymət verməyə və beynəlxalq hüquq pozuntularının qarşısını almağa, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməyə və təcili tədbirlər görməyə çağırırıq.

Hörmətlə, Rauf Zeyni

730 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumunun prezidenti

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × four =