“Boş-boş danışırlar” – Baş bankirdən dollarla bağlı AÇIQLAMA

0

Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.

 

Millixəbər.az xəbər verir ki, o, Unikal.org-a açıqlamasında bu cür xəbərləri şayiə adlandırıb:

 

“Əsası olmayan boş-boş sözlər danışırlar. Bugünkü gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur.

 

Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi situasiya makroiqtisadi sabitlik üzərində qurulub”.

 

E.Rüstəmov Azərbaycan nefti dünya bazarında ucuzlaşsa belə, bunun dolların kursuna təsir etməyəcəyini də vurğulayıb:

 

“Bütün bunlara görə, Mərkəzi Bank və hökumətin vahid planı var. Qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq”.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twenty − eleven =