Böyük öndərimiz Heydər Əliyevin parlaq ideyaları hələ uzun müddət Azərbaycanın yoluna işıq salacaq

0

15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil olmuşdur. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirmişdir. 15 iyun – Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması, gənclərin sosial-mənəvi ehtiyaclarının ödənilməsi, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Bu da təbiidir. Çünki gənclər xalqın ümidi, onun inkişafının və yüksəlişinin əsas meyarı və barometridir. Hər bir cəmiyyətin maddi-mənəvi tərəqqisi gənclər siyasətinin düzgün qurulmasından, gənclərin sosial, psixoloji vəziyyətindən, fəaliyyət şəraitindən bilavasitə asılıdır. Biz gənclər inanırıq ki, Böyük öndərimiz Heydər Əliyevin parlaq ideyaları hələ uzun müddət Azərbaycanın yoluna işıq salacaq. Xalqımız bu zəngin ideyalardan böyük mənəvi güc alaraq Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha firavan gələcəyini quracaq.
İndi Heydər Əliyev adı hər bir Azərbaycan gəncinin and yeridir. Əməlləri ilə, gördüyü işlərlə onun böyük adına layiq olmaq, bu yolda çalışmaq hər bir gəncin əsas vəzifəsi olmalıdır.

Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyinin sədiri, ictimai fəal gənc Ağamir Ağamirov

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 + 15 =