Bred Pitt Set Harri ilə eşq yaşayır

0

Bred Pittlə bağlı ingilis mediası yeni xəbər yayıb.

Millixəbər.az xəbər verir ki, xəbərdə aktyorun yeni sevgili tapdığı bildirilib. Belə ki, Pitt Hollivud dizayneri Set Harri ilə eşq yaşayır. Cütlük birlikdə xeyriyyə tədbirinə qatılıblar.

Pitt və Harri yan masalarda oturublar. Gecə boyunca onların bir-birinə romantik baxışları, səmimi söhbətləri ətrafdakıların diqqətindən qaçmayıb.

Aktyor və dizayner gecəni birlikdə tərk edib. Anjelika Colidən ayrıldıqdan sonra Set Bredin yanında görüntülənən ilk xanımdır. Bu ilin əvvəlində mediada Pittin arxitektor Neri Oksmanla eşq yaşadığı iddia edilmişdi. Amma onlar heç vaxt birlikdə görüntülənməyiblər.

Qeyd edək ki, Coli ilə Bred boşanma ərəfəsindədir. (Axşam.az)

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two + 2 =