BU GÜN BALAKƏNDƏ MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

0

Bu gün – 13 iyun 2018-ci il tarixdə Balakən rayon Mərkəzi Kitabxanasında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Azərbaycanın müasir tarixini yaradan insan” adlı elmi-praktik konfrans keçirilib.

Konfransda Balakən ziyalıları, mədəniyyət işçiləri, jurnalistlər, yazarlar, kitabxana rəhbərliyi, ictimai fəal gənclər iştirak edib. Rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə düzənlənən konfransda mövzu ümummilli lider H.Əliyevin şəxsiyyətinin tanıdılması, gördüyü işlər və təbliğinə yönəlmişdir. Öncə, ümummilli liderin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Balakən rayon Mərkəzi Kitabxanasının direktoru Məryəm Tağıyeva öz çıxışında H. Əliyevin müasir Azərbaycanın xilaskarı olduğunu və ölkəni böyük xaosdan xilas etdiyini qeyd edib. Şəki Regional Mədəniyyət Idarəsinin Balakən üzrə nümayəndəsi Ş.Hacıyeva da ümummilli liderin zəngin siyasi irsi haqqında söhbət açıb. Rayon Mədəniyyət işçilərinin Həmkarlar Komitəsinin sədri S.Yusifova böyük liderin uzaqgörən siyasətinin xalqı uçurumdan zirvəyə apardığını öz xatirələrinə əsasən qeyd edib.  Qarabağ və Şəhid Ailələri Ictimai Birliyinin sədr müavini S. Şibliyev də 90-cı illər burulğanının ölkəni necə fəlakətə apardığını, cəbhə xatirələrini, H. Əliyevin necə bir uzaqgörənliklə Vətəni fəlakətdən xilas etdiyini ictimaiyyətin diqqətinə çatdırıb. Şairə N. Vahid də xalqın milli qurtuluşumuza qədərki keşməkeşli həyatından danışıb. Gənc nəsli tarixinə bağlı olmağa səsləyib.
AYB üzvü, şair R. Xutrayev böyük liderin xalqla sıx birləşərək bütün çətinlikləri dəf etməsini söylədi. Yazar Aygün Sadiq çıxış edərək böyük liderin keçdiyi şərəfli yolu, onun siyasi iradəsini, siyasi hərcmərcliyin tüğyan etdiyi, zəif, əsarətdən yenicə xilas olmuş ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı dönəmdə xalqın təkidi ilə hakimiyyətə gələn liderin fədakarlığını xüsusi qeyd edərək gənclərə H.Əliyev irsini təkcə kitablardan yox, praktik şəkildə də öyrənməyi tövsiyyə edib. Təqaüdçü, fəal oxucu, keçmiş diktor Z.Dibirova da çıxışında milli qurtuluşumuzla bağlı geniş məlumat verib.

Tədbirin sonunda iştirakçılara video-çarx təqdim olunub.

Millixəbər az: Aygün Sadiq


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × one =