Bu gün Kəlbəcərlilərin qüruru Cavid Qurbanovun ad gunudur+VİDEO

0

Bu gu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun doğum gunudur…

Erməni işğalı nəticəsində yurd-yuvasından məcburi köçkün düşən kəlbəcərlilər Azərbaycanın 60-a yaxın rayonuna səpələnib.  Cavid Qurbanov kəlbəcərliləri Mili Məclisdə yüksək səviyyədə təmsil edir. Bununla yanaşı Kəlbəcər camaatının xeyrində-şərində onlarla bir yerdə olmağa çalışır, ehtiyacı olanlara dəstəyini əsirgəmir. Yüzlərlə kəlbəcərli gəncin təhsil problemlərinə dəstək olur, Kəlbəcər əhalisinin sosial problemlərinin çözümü üçün bütün imkanlarını səfərbər edir. Bu səbəbdən Kəlbəcər əhalisi onun fəaliyyətini yüksək qiymətləndirir. Kəlbəcərlilər qürur duyur ki, Cavid Qurbanov təkcə öz el-obasına deyil, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etməklə bütün kəlbəcərlilərə başucalığı gətirir.

Qeyd edək ki, Cavid Qurbanov 123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

9 fevral 2015-ci ildən bu günə qədər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.

18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Zamin Zeynal Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

19 − seven =