Bu gün Ümumdünya İnformasiya Günüdür

0

Hər il noyabrın 26-sı dünyada Ümumdünya İnformasiya Günü kimi qeyd edilir. Millixəbər.az xəbər verir ki, BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün İKT sahəsində çalışanların peşə bayramıdır.

26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə YUNESKO tərəfindən qeydiyyata alınıb.(SİA)

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × four =