Bu kənddə evlərə boya vurulmur – FOTO

0

güclü sel axını ilə çay kənarlarına qədər gəlib çıxır. Bu şirə ilə kəndlilər öz evlərinin həm daxilini, həm də xaricini rəngləyirlər.

Əsasən, rayonun dağ kəndlərində bu cür evləri görmək mümkündür.

Kənd sakinləri bildirir ki, onlar heç vaxt pul verib boya almırlar. Qədimdən şirəni hər zaman boyaq vasitəsi kimi istifadə ediblər.

Boyaq üçün şirə bir gün öncədən isladılır. Müəyyən miqdarda suya tökülən şirə daşları həll olunduqdan sonra süzülür, təmizlənir, daha sonra isə bir parça quzu dərisi ilə divarlara vurulur.

Qatqı bir rəngdən ibarət olsa da, zövqə uyğun müxtərif rəng çalarlarından istifadə edərək şirənin rəngini dəyişmək mümkündür. Şirələnmiş ev qışda isti, yayda isə sərin olur.

Əsasən, nəmlik üçün nəzərdə tutulan bu boya insan sağlamlığı üçün də faydalıdır. Şirə özünəməxsus xoş qoxusu ilə yanaşı, astma xəstəliyindən əziyyət çəkən insanlar üçün də xeyirlidir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nineteen + eighteen =