Cəlil Cavanşır intihar cəhdinə görə hamıdan üzr istədi: PEŞMANAM

0

Yazar Cəlil Cavanşır “Facebook” sosial şəbəkəsində canlı yayımla nümayiş etdirdiyi intihar cəhdinə görə hamıdan üzr istəyib.

Millixəbər.az xəbər verir ki. O, peşman olduğunu vurğulayıb:

“Dünən atdığım addımla bağlı uzun-uzadı izahata ehtiyac duymuram. Haqqımda yazılan bütün fikirləri oxumaq imkanım olmadı, amma xeylisini oxudum. Kim nə istəyir düşünsün, kim necə istəyir yozsun. Zərrə qədər narahat deyiləm, heç kəsdən incimirəm, heç kəsi qınamıram. Nə qədər çətin olsa da, yaşamağa davam etməyə məcburam.

Dünən mənim üçün narahat olan, yanımda olan, dəstək olan bütün dostlara təşəkkür edirəm. Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım, mütəəssir oldum. Sizləri incitdiyim, narahat etdiyim üçün peşmanam”.

Xatırladaq ki, dünən “Facebook”da canlı yayımda intihara cəhd edən Cəlil Cavanşır sosial şəbəkədəki dostlarına vida nitqi söyləyib. Bundan sonra o, sevgi, həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söyləyərək damarlarını kəsdiyini nümayiş etdirib.

 

Yazar sosial şəbəkə istifadəçilərinə ünvanını və harada olduğunu bildirməyib. C.Cavanşir çıxışında qeyd edib ki, indiyə qədər 11 dəfə intihara cəhd edib.

 

Lakin Cəlil Cavanşirin qardaşı yazıçının yaşadığı evə gələrək onun intihar cəhdinin qarşısını alıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 + five =