Cəlilabadda iki bacının evindən silah tapıldı – VİDEO

0

Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında Səməd Vurğun küçəsi ev 75 ünvanında yaşayan Yaqut Hüseynovanın evinə baxış keçirilib.

ARB TV xəbər verir ki, polis əməkdaşları oradan 5,6 mm kalibrli, baraban tipli tapança aşkar edərək götürüblər. Əməliyyat tədbirinin davamı olaraq Yaqut Hüseynovanın digər küçədə yaşayan bacısı Zümrüd Əliyevanın evində də yoxlama aparılıb. Bu zaman oradan işarəverici siqnal tipli tapançalar tapılıb. Bacılar polisə verdikləri ilkin ifadədə qanunsuz saxladıqları silahların babalarından qaldığını bildiriblər.

Hazırda polis söylənilənlərin doğru olub-olmadığını, silahların hər hansı bir cinayətdə istifadə edilib-edilmədiyini araşdırır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × 2 =