Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı və mobil telefon oğurlanıb.
Millixəbər.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Hüseyn İbrahimov saxlanılıb. Araşdırmalarla onun paytaxtın Nizami, Sabunçu və Səbail rayonlarında da analoji talama cinayətləri törətdiyi müəyyən edilib.
Belə ki, H.İbrahimov qeyd qeyd edilən rayonların ərazisində 5 obyekt və 1 avtomobildən pul, mobil telefon, eləcə də digər qiymətli əşyalar oğurlayıb. Saxlanılan şəxsin paytaxt ərazisində talama niyyəti ilə əlavə 2 avtomobilin şüşəsini sındırdığı, müxtəlif vaxtlarda qaçırdığı "VAZ" markalı maşınlarla isə qəza törədərək hadisə yerindən yayındığı müəyyən edilib.
Saxlanılan şəxsin digər analoji hadisələrdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Maşınları qaçırdıb, qəza törətdi
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.