3 aprel 2025-ci il tarixində 31 mart Azərbaycanlıların Soyqırımı gününün 107-ci, Şanlı Aprel döyüşlərinin 9-cu ildönü ilə əlaqədar Bakı Dövlət Universitetinin və “Qayıdış” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, AYB-nin və AJB-nin üzvü Manya Səxavətqızı ilə görüş keçirildi.
Millixəbər.az- ın məlumatına görə, görüşdə BDU-nin müəllim və tələbə heyəti ilə yanaşı deputat Ülviyyə Həmzəyeva və digər qonaqlar iştirak edirdilər. Tədbirin moderatoru Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbiri şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükut ilə və Azərbaycan Dövlət Himni ilə açıq elan etdikdən sonra, ilk olaraq Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov görüşün əhəmiyyətini vurğuladı.Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva öz dəyərli fikirlərini bölüşərək bu kimi kitabların yazılmasının, tədbirlərin keçirilməsinin xalqın gələcəyi üçün nə qədər önəmli olduğunu vurğuladı. “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri yazıçı, jurnalist Manya Səxavətqızı və layihənin dəstəkçisi Şahin Məmmədov ərsəyə gətirdikləri kitablar barədə məlumat verdilər və kitabları təqdim etdilər. Görüşün təşkilatçısı “Qayıdış” İB sədri Hasil Tağıyev bu kimi kitabların və görüşlərin gənclərdə vətənpərvərlik hissinin aşılanması üçün vacibliyini vurğuladı. Tədbirin sonunda tələbələrə hədiyyələr verildi və xatirə şəkili çəkildi.
Vətənin sabahı olan gənclərin gözlərində vətənə sevgini görmək ən gözəl duyğudur.
“VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri Manya Səxavətqızı ilə görüş keçirildi+ FOTOLAR
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.