Çoban işlədiyi fermanın qoyunlarını oğurladı

0

Goranboy şəhər sakini Göyçayda çoban işlədiyi fermadan qoyun oğurlayıb.

Belə ki, Göyçay Rayon Polis Şöbəsinə  müraciət edən şəhər sakini Rauf Rəfiyev mayın 5-də ona məxsus fermadan ümumi dəyəri 750 manat olan 4 baş xırdabuynuzlu heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən  oğurlanması barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsə məxsus rayonun Bığır kəndi adlı ərazisində yerləşən fermadan heyvanları oğurlayan şəxsin elə həmin təsərrüfatda çobanlıq edən Goranboy rayon sakini, 33 yaşlı  Ceyhun Həsənov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seven + 2 =