DALDAN ATILAN DAŞ TOPUĞA DƏYƏR-Almaz Əhmədova

0

Almaazz( Yardımlıda Çayüzünün iç üzü )

Yollar-yollar insan arzularıda yollara bənzəyir, bitib tükənməyən, yaşadığımız bu gün kimi. Səhər süb tezdən yola çıxmışdıq, dumanlı , çiskinli hava getdikcə açılırdı. Təbiət göz oxşayırdı, hər tərəf yam –yaşıl don geyinmişdi. Lalələr sanki həyalı gəlinləri xatırladırdı.  Bir çox yerlərdə təbiətin qoynunda onun gözəlliyini əks etdirən fotoşəkillər çəkdirir, bu günü yaddaşlara , tarixlər həkk etmək kimi bir hiss keçirdi içimdən.

Yardımlı şəhərinə dəyər verdiyim insanların övladının toy mərasiminə gedirdim. Bunu nəzərə alaraq doğma torpaqlara üz tutduğum üçün , mütləq Yardımlıdan reportaj hazırlayacağıma qərar vermişdim. Uzun illər jurnalistika sahəsində çalışsamda heç zaman dünyaya göz açdığım bu torpağa işlə bağlı gəlməmişdim. İllər öncə ucqar  rayon olduğu üçün diqqətdən kənarda qalmışdı. Amma möhtərəm prezidentimiz cənab İlham Əliyevin Yardımlıya səfərindən sonra, sanki Yardımlının üzərinə gün doğdu. Beləcə irəliləyiş, sosial iqtisadi həyatında öz əksini tapdı. Hər dəfə  Yardımlıya yolum düşdükdə, abadlaşma işlərini gördükcə qəlbim fərəhlə döyünürdü. Möhtərəm Prezidentimizə can sağlığı diləyirdim. Beləcə 08.05.2015 –ci ildə  günün ikinci yarısı Yardımlının  RİH-in qarşısında dayanaraq binanı baxışlarımla süzdüm. Bu mənim öz doğma elimdən hazırlayacağım ilk işim olacaqdı. Sanki içimdə bir həyəcan var idi. Nədən, nə üçün doğma torpaqdan yazmaq bu qədərmi məsuliyyətlidir ? Yoxsa ki, qarşılaşa biləcəyim hansısa neqatif bir fakt mənim həyəcanıma səbəb olurdu ? Bunu o an tam dərk edə bilmirdim. Amma bir neçə saatdan sonar nəticələr, əksini taparaq mənim həyəcanımı tamamladı. RİH-in girişində əyləşən polis işçisi çox nəzakətlə kimi istədiyimi və kim olduğumu soruşdu.

Mən millixəbər.az informasiya agentliyinin əməkdaşı olduğumu vurğuladım. Yaxın günlərdə RİH- nin müavinlərindən biri gənc bir xanımın seçildiyini bildiyim üçün ilk onunla görüşmək istədiyimi bildirdim. Amma ilk öncə ümumi şöbədə qeydiyyatdan keçməli olduğumu bildirdim. Polis telefonla  təzə təyin olunmuş xanımla əlaqə yaratdı və gözlədiyimi məlumat verdi. Aldığı cavabdan sonra mənim gözləməm üçün hansısa bir otağa dəvət etdilər, orada əyləşən bir şəxs tərəfindən salamım alındı və sonra otağa  bir nəfər daxil oldu özünü ictimayi- siyasi şöbənin baş məsləhətçisi olduğunu qeyd etdi. Azda olsa görülən işlər haqda danışdıq, hətta bir istəkan çayda içdik. Söhbətimiz zamanı o tez-tez zəng vurur və deyirdi, telefonun dəstəyini  qaldırmırlar. Yəqin ki, xanım yerində yoxdur. Mənsə  gözləməli olduğumu bildirdim, axır ki, mənə onun işlə bağlı çıxdığı məlumatı verildi. Mənim ezamiyyət vərəqəmdən qeydlər edən Mirqiyas müəllim səhərki tədbirlər haqqında söz açdı. Mən tədbirlərdə iştirak etmək üçün gəldiyimi bildirdim. O, mənə “Gənclər”  parkında keçiriləcək tədbirlə bağlı bu gün ora yaxınlaşın dedi. Mən onunla sağollaşıb oradan uzaqlaşdım. Beləcə deyilən parka gəldim, səliqə ilə inşa olunmuş park ilk andan məndə gözəl təəssürat yaratdı. Səliqəli , zövqlə aparılan işi danmaq qeyri mümkündür.  Haqqı deməmək, özü bir günahdır. Ağa ağ,  qaraya isə qara deməyi hər kəs bacarmalıdır. Bir müddət gözəl, səliqəli parkın yaşıllığından zövq aldım. , heç bir çatışmamazlıq görmədikdə  buraya nə üçün göndərildiyim sualı məni  narahat etdi.  Mirqiyas müəllimə zəng etməli  və sual ilə müraciət etməli oldum.

Müəllim məni buraya nə üçün göndərdiniz ? Burda yalnız bir qrup insanlar təmizlik işiylə məşğuldurlar. Yəqin ki, səhərki tədbirə hazırlıq işləri getdiyini bildirdim. O, nəzakətlə xanım indi sizə yaxınlaşacaqlar. Bir neçə dəqiqəyə çalışanların yanında dayanan şəxsin mənə tərəf addımladığını gördüm. Uca boylu bir insan mənə yaxınlaşdı,  bir əli ilə mənim əlimi tutaqar salam verdi bir başqa əli əli cibinə sarı uzandı  nə isə çıxarmağa çalışdı. Mən müəllimdən səhər keçiriləcək tətbirin senarisinin bir surətini də repartaj üçün hazırlanmasını xahiş etdim . O çox arif insan imiş,  həmin an  mənim bu cavabım N. Abıyevi əlini cibindən çıxarmağa vadar etdi. O, onda səhər görüşərik deyə sağollaşaraq ayrıldıq. Beləcə dincəlmək üçün evə yollandım. Bu an jurnalistika adına xələl gətirənlər gözüm önündə canlandı. İçimdə bir qırıqınlıq vardı. Buna baxmayaraq belə laqeyid qarşılanacağım heç ağlıma belə gəlməmişdi. Səhərki tədbirdə hələ nələrlə qarşılaşacağımı düşünməzdim. Nələr dedikdə bəlkədə bir çoxları üçün elə bir əhəmiyyəti olmayacağ bir durum kimi qarşılanacaq. Amma bu hər kəsin yaralı yeri olan laqeyidlikdir. Bu laqeyidlik ki, bəzən vaxtında  sevdiyimizə dəyər verməyi bacarmadığımızdan, istənilən sahədə çalışaraq bəzən haqlı, bəzənsə haqsız yerə günahlandırılmaqda. Bəzənsə bir başqasının yükünü daşımalı olmaqda, bəzənsə qurunun oduna yaşın yanmasına səbəb olanların günahı üzündən yaranan laqeyidlik. Amma bunların heç biri haqq vermir ki,  300 kilometirdən artıq yol gələn bir qonağa, bir xanıma qarşı görülən laqeyidliyi şəxsən mən özümə təhqir bildim. Bu vaxt rəhmətlik Molla Nəsrəddinin başına  gəldiyi bir əhvalatla mənim də qarşılaşacağım heç ağlıma gəlməzdi.

Bir gün Molla Nəsrəddin bir məclisə gedir. Əyni başı üstü o, qədər də diqqət cəlb etməməsindən irəli gələn laqeyidlikdən mollaya heç kim diqqət yetirmir sanki yox imiş kimi davranırlar, handan-hana bir nəfər onu məclisin sonunda yer ayıraraq əyləşdirir. Molla məclisi yarımçıq tərk edir və evə gələrək çox bahalı geyim geyinərək təzədən məclisə qayıdır, bunu görən o dövrün məsul şəxsləri mollanın qolundan tutaraq təzim edərək onu məclisin baş tərəfində əyləşdirirlər. Süfəyə düzülən naz-nemətdən buyurun dadın deyilir. Molla  yeməklərdən əlinə götürərək deyir “Ye çuxam ye”, bunu görən insanlar ay molla bu nə deməkdir deyə sual verirlər.

Molla basına gələn əhvalatı nəql edir və deyir: İlk gəldiyimdə əynimdəki libasıma verilən qiyməti gördükdə,evə qayıdıb  bu bahalı zər-zibalı əlbisəni geyinib təkrar bura gəldim və gördüyünüz səhnə ilə qarşılandım. Anladım ki, mənə deyil , əynimdəki çuxaya qiymət verildi, və mən məclisin baş tərəfində yer aldım. Onun üçündə mən çuxama müraciət edərək onun yeməsini istədim Baxmayaraq ki, bu mümkünsüzdür. Amma bu naz- nemətə mən deyil çuxam layiq görüldü.

Beləcə deyəsən mən də Yardımlı şəhərində eyni ilə Molla Nəsrəddin kimi qarşılandım. Sadəcə olaraq Molla ilə fərqimiz onda idi ki, mənim çuxam heçdə pis deyildi. Çox təssüf ki,  üzdən iraq  jurnalistlər üzündən  bizim əynimizdəki çuxaya belə qiymət verilmədi. Amma peşəkarlıq, həqiqət, reallıq bu mənim həmişə qayəm olub. Bunu nəzərə alaraq , rayonda keçiriləcək tədbirdə iştirak etmək qərrarını verdim. İlk növbədə  Yardımlı şəhərinin Çayüzü adlanan kəndində  keçirilən tədbirdə iştirak etdim.  Və nə yaxşı ki, bir neçə insan salamımızı aldı. Uzun illər ərzində qarşılaşmadığım laqeyidlik mənə çox pis təsir etmişdi.  Tədbirin sonunda hər kəsin üz tutduğu istiqamətə mən də yollandım. Lap çırtdanın nağılındakı kimi “İt hürən tərfə deyil, işıq gələn tərəfə” yollandım. İşıq gələn tərəf rayonun rəhbərləri idiki BVM  iştirakçıları ilə addımlayırdılar. Onların hamısı yerləşdirildi. Rəhbərlərdə həmçini ortalıqda qalan sıravi insanlar, müəllim kongingenti idi. Allah onlardan razı olsun ki, heç olmasa bu çətin zamanda mənimlə maraqlanaraq başqa kəndə qonaq dəvət etdilər. Əlbətdə getməli olmasam belə düşündüm, İlahi şükür insanlıq ölməyib. 300 kilometirdən artıq yol gəldiyin tədbirin rəhbərləri bir stəkan çay içməyi çox gördükləri halda, sadə bir müəllim səni neçə kilometir uzaqda olan evinə dəvət edir. Və səndən hər kəsin adından üzr istəyərək. Rəhbərliyini də pis vəziyyətdə qoymamaq üçün deyir :- Onların başı qarışıqdır. Mən başı qarışıq olanları nəzərdən keçirdikdən sonar. Yaxınlıqda gördüyüm  Məscidə tərəf yollandım. Heç olmasa qonaqpərvər el oğlanlarımın günahlarının bağışlanmasını Allahın evində ondan istəyim. Beləcə məscidə daxil oldum heç kim yox idi. Qadınlar üçün ayrılmış baş örtüylərindən birini götürüb başıma saldım və dua etdim. Allahımdan günahlarımızın bağışlanmasını dilədim. Hansı arzularla  mənə doğma olan torpağa üz tutmuşdum onu Allah bilir. Amma laqeyidlik adlı bəla bir çoxlarını yaraladığı kimi mənidə yaraladı.  Amma biz dözümlü xalqıq başqaların dərdini acısını çəkməyi öyrənmişik. Beləcə bir gün yaşadım. Məsciddən məni Mirqiyas müəllimin tapşırdığı gənc şəhərin mərkəzinə gətirdi. Yolun sonunda söhbətimiz əsnasında  qaz idarəsinin rəisi olduğunu öyrəndim,  deyəsən gənc kadırlara yer verildiyini söylədim. Oda təsdiqlədi. Mən onun hansı vəzifəni daşıdığını bilmədən şikayət etmişdim. O, isə çarəsiz məni dinləmişdi. Və bildirdi ki, bilsəniz bura nə qədər jurnalist axını var belə deməzsiniz.Jurnalist axınının olması nəyi dəyişdirir ki? Deyə düşündüm onlarda hər halda öz vəzifə borclarını yerinə yetirirlər. Burdakı tədbir də keçirilib başa çatdırıldı. Amma məndə olan xatirələr həmişə məni incidəcəkdi. Yaradıcı bir insan olaraq kövrəldim, lap Moşu Göyəzənli kimi bir poema yazdım. Baxmayaraq ki, ikinci tədbir zamanı məni axtaran oldu. Yəqin ki, Allaha etdiyim dualar nəticəsində bir nəfər mənim kimi ziyalı birisi haqqında düşünməli oldu. Mənə xanım tərəfindən zəng olundu və harada olduğum haqda soruşdu. Mən də tədbirdə olduğumu söylədim və narahatlığa heç bir səbəbin olmadığını dedim. Telefonun düyməsini  söndürdükdən sonar qərar verdim ki, ezamiyyət bitməmiş geri qayıtmalıyam. Bu an  içimdən bir səs dedi: “Daldan atılan daş topuğa dəyər”.

PS…İnanıram ki, bundan sonar bizim kimi öz işini sevən, ona dəyər verən, haqqı danmayanları ayrı-ayrılıqa seçmək üçün daha diqqətli olacaqlar. “Azərbaycan Respublikası “KİV” haqqında  qanun “ maddə  8” nəzərə alaraq , kütləvi informasiya  vasitələri cəmiyyətdəki  iqtisadi , siyasi. ictimai və sosial durum haqqında , dövlət orqanlarının , bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə aperativ və doğru dürüst məlumatlar almaq hüququna malikdirlər. KİV- in sorğusuna 24 saatdan gec olmayaraq cavab verilməlidir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

19 − 2 =