Davudoğlunun partiya qurmağa hazırlaşması barədə məlumatlar yayılıb

0

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun Konyaya səfəri ləğv edilib.

Axar.az xəbər verir ki, Davudoğlunun səfərinin hansı səbəbdən ləğv edildiyi barədə məlumat verilməyib. Belə ki, öncədən Davudoğlunun Konyaya gəlişi səbəbilə qarşılanma mərasimi hazırlanıb. Bunun üçün afişalar da paylanıb. Ancaq gözlənilmədən səfərin ləğv edildiyi və gizlicə afişaların yığışdırıldığı bildirilib.

Qeyd edək ki, son vaxtlar Davudoğlunun Əli Babacan və Abdulla Güllə yeni partiya qurmağa hazırlaşması barədə məlumatlar yayılır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 + 17 =