Deputat: 40 min nəfərin imzası toplanırsa…

0

“40 min vətəndaşa qanunvericilik təşəbbüsündən çıxış etməsi hüququ verilir. Parlamentdə çoxlu sayda partiyalar, deputatlar var. Seçicilər bu partiyalar, deputatlar vastəsi ilə qanun layihələrini gündəmə gətirə və seçicilərə bu qədər əziyyət verilməz”.

Millixəbər.az-ın məlumatına görə, bunu bu gün millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşunda bildirib.

Millət vəkili deyib ki, məqsəd layhəni ictimaiyyətə çatdırmaqdırsa, elə mətbuatda da həmin layihəni dərc etmək olar: “Bu qanun layihəsində vətəndaşların qanunvericilik təşəbbüsü ilə çıxış etməsi çətinləşdirilir. Qanun layihəsində təşəbbüs qrupunun üzvlərinin sayının 300 nəfər olması, yalnız bir qanun təqdim edə bilməsi, Mərkəzi Seçki Komissiyasının 2 ay ərzində qərar verməsi əksini tapıb. Mərkəzi Seçki Komissiyası yalnız təşəbbüs qrupunu qeyd almalıdır. Layihə parlamentə gəlməli, parlament lazım bilsə, Mərkəzi Seçki Komissyiası ekspertiza keçirməlidir. Xırda detalları aradan qaldırsaq, bu qanun layihəsini normal sayıram”.

Millət vəkili Qənirə Paşayeva nəzərə çatdırıb ki, 40 min vətəndaşın imzası toplanırsa, təşəbbüs qrupunun fəaliyyətinin məhdudlaşdırılması düzgün deyil: “Niyə təşəbbüs qrupu yalnız 1 layhə təqdim edə bilər? Təşəbbüs qroupu effektiv fəaliyyət göstərirsə, fəaliyyəti niyə məhdudlaşdırılmalıdır? Məncə, bu məsələyə yenidən baxmaq lazımdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri iradlara xavab verib: “Təşəbbüs qroupunun üzərinə layihə və ekspertiza ilə bağlı düşən bir sıra vəzifələr var. Bizə deyilirdi ki, təşəbbüs qrupunun üzvlərinin sayının 300 nəfər olması çoxdur. 40 min imzanın toplanılması üçün 300 nəfərdən ibarət təşəbbüs qrupunun olması normaldır. Digər tərəfdən, elə bir layihə təqdim edilə bilər ki, ekspertizadan keçsin. Tutaq ki, mədənyyətlə bağlı qanun layihəsi təqdim ediləndə maliyyə tutumu ilə bağlı ekspertizası keçirilə bilər. Nəzərə almaq lazımdır ki, xarici ölkələrdə də vətəndaşların təşəbbüsü ilə dövlət büdcəsi ilə bağlı layihələrin təqdim edilməsi nəzərdə tutulmur”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × 4 =