Deputat: “Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır”

0

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq ən azından öz statusuna uyğun şəkildə neytrallıq nümayiş etdirməlidir. Doğrudan da, Minsk Qrupunun tərkibində Fransanın gələcək fəaliyyəti çox böyük şübhələr doğurur, konfliktin daha da alovlanmasına xidmət edir. Bu səbəbdən, hesab edirəm ki, biz Fransanın həmsədrlikdən kənarlaşdırılmasına çalışmalıyıq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, ümumiyyətlə, Fransanın Qarabağla bağlı atdığı addımlar destruktivdir: “Bu, nə Azərbaycana, nə də Ermənistana yaxşı heç nə vəd etmir, xalqların maraqlarına cavab vermir: “Bu, Fransanın beynəlxalq hüquqa riayət etməməsinin nəticəsidir və qərəzli münasibətdir. İlk növbədə, bu, Fransa dövlətinin tarixən türklər əleyhinə apardığı siyasətin tərkib hissəsidir. Yaxşı olardı ki, ümumiyyətlə, Minsk Qrupunun fəaliyyətinə son qoyulsun. İndiki halda isə Azərbaycan Fransa tərəfinə atacağımız addımlarla bağlı ciddi xəbərdarlıq etməlidir. Görünür, əgər belə davam edərsə, biz heç bir halda Minsk Qrupu ilə həmsədrlər institutu kimi davranmayacağımız barədə bəyanat verməli olacağıq. Biz qəti şəkildə Fransa rəsmilərinə bildirməliyik ki, nə qədər ki, Minsk Qrupunda Fransa kimi birtərəfli qərəzli mövqe tutan ölkə var, Azərbaycan heç bir halda həmin qurumla əməkdaşlıq etməyəcək”.

N.Məhəməliyevin fikrincə, əvəzlənmə baş verəcəyi halda Türkiyənin ATƏT-in Minsk Qrupunda həmsədr kimi təmsilçiliyi bir sıra səbəblərdən ağlabatan görünmür: “Bildiyimiz kimi, Minsk Qrupu 11 ölkədən ibarətdir. Bu qrupda Azərbaycana kifayət qədər loyal münasibət göstərən ölkələr var ki, həmin ölkələrdən istənilən biri Fransanı əvəzləyə bilər. Bizim üçün ən yaxşı variant, təbii ki, Türkiyənin  təmsil olunmasıdır. Lakin burada əks mövqedən çıxış edən dövlətlər olduğu üçün Türkiyənin təmsilçiliyi ağlabatan görünmür”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

ten + two =