Deputat seçiciləri ilə görüşdü

0
Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan Beyləqanın Gödəklər kəndində seçiciləri ilə görüş keçirib.
Millixəbər.az -ın məlumatına dörə, deputat Gödəklər kəndində seçicilərlə ümumi problemlərin. müzakirəsini aparıb. Görüş zamanı kənd sakinləri kənddə içməli su probleminin olduğunu bildirblər.
Sakinlər məsələ ilə bağlı deputatın “Azərsu” ASC-yə müraciət etməsini xahiş ediblər. Bu istiqamətdə müəyyən addımlar atdığını diqqətə çatdıran Çingiz Qənizadə bununla bağlı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova müraciət etdiyini bildirib.
Deputat hazırda su ilə bağlı məsələnin müzakirə olunduğunu vurğulayıb.
Ç.Qənizadə görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb. Kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinləyən deputat, daha sonra sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.
Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.
Lent.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

14 − eight =