Deputatlığa namizəd Tahir Mirkişili: Biz bütün bu təxribatçıların cavabını öz işimizlə verdik

0

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Tahir Mirkişili təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Millixəbər.az xəbər verir ki, 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizəd Tahir Mirkişili bu gün “Sumqayıt Stansiyası” deyilən ərazidə seçicilər ilə görüşüb.

Deputatlığa namizəd Tahir Mirkişili özünün facebook hesabında yazıb ki, “Sumqayıt Stansiyası” deyilən ərazidə seçicilər ilə görüşdük. Bəzi qüvvələrin uğursuz təxribat cəhdlərinə (özləri ilə adam gətirib “müəllim” kimi intervyu götürmək, kənardan adam gətirib sual vermək, bizim çıxışı verməmək və s…) baxmayaraq sakinlər ilə səmimi dialoq apardıq. Jurnalistə (Meydan tv, Azadlıq qəzeti) bütün görüşü tam çəkməyə imkan versək də tam videonu yaymağa cəsarətləri çatmadı, amma biz bütün bu təxribatçıların cavabını öz işimizlə verdik. Qaçıb getdilər. Daha güclü Azərbaycanın qarşısından.
İctimai hesabat, seçildiyimiz təqdirdə görə biləcəyimiz işlər barədə məlumat verdik. Sakinlərin problem və təkliflərin dinlədik. Bu əraziyə qəsəbə statusunun verilməsi əsas hədəflərimizdən biridir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × three =