Deputatlığa namizəd Türkiyənin apardığı savaşa “Əsgər salam”ı verib

0

50-saylı Abşeron-Qobustan seçki darisindən deputatlığa namizəd Fərman Salmanlının Qobustanın Poladlı kəndində seçicilərlə görüşü baş tutub.

 

Modern.az xəbər verir ki, görüşdə seçki platformasını sakinlərin diqqətinə çatdırdıqdan sonra, F.Salmanlı fürsətdən istifadə edib qardaş Türkiyənin Çində olan azərbaycanlı tələbələri təxliyyə etməsinin qardaşlığımızın nümunəsi olduğunu bildirib.

 

Eyni zamanda F.Salmanlı sakini olduğu Abşeron rayon Hökməli qəsəbəsində 1918-ci il ermənilərin törətdiyi soyqırımdan bizləri Qafqaz-İslam ordusunun xilas etdiyini söyləyərək qardaş Türkiyəyə təşəkkür əlaməti kimi Türkiyənin hal-hazırda apardığı savaşa “əsgər salamı” verməklə öz dəstəyini və vəfa borcumuzu bəyan edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × 3 =