Dermatokosmetoloq Ceyhunə Əhmədzadə:DEMODEKS xəstəliyi GƏNCLƏR arasında geniş yayılıb

0

Millixəbər.az saytının sizləri tibbi maarifləndirmək və sağlamlığınızı qorumaq üçün fəaliyyət göstərən “Həkimlə Biz” rubrikasının müsahibi hekim Dermotokosmetoloq  Ceyhunə Əhmədzadədir.

– Doktor, üz dəri problemlərindən biri olan demodeks nədir?

– Demodeks xəstəliyi demodeks gənəsinin dəridə törətdiyi bir xəstəlikdir Hər növ Demodeksin özünə məxsus formal xüsusiyyətləri var. Onlar hansı şəxslərdə piy vəziləri aktivdirsə, həmin şəxslərdə dərinin piy təbəqəsində özlərinə məskən salan parazit növüdür. Məskən saldıları yerdə özləri üçün qidalanma şəraiti quraraq, sürətlə artmağa başlayır. Bu xəstəliyə daha çox gənclərdə rast gəlinir. Çünki, tər və piy vəzilərinin fəaliyyəti daha çox aktiv olur. Bu son zamanlar gənclər və yeniyetmələr arasında geniş yayılmış problemdir.

– Müxtəlif səbəblərdən yaranan Demodeks və digər dəri xəstəliklərinin müalicəsi necə aparılır?

– Demodeksin 3 növü var. Demodeks follicularum. Demodeks brevis Demodeks canis. Bunların hamısı insan paraziti deyil. Kanis insanda, digərləri isə heyvanlarda fəaliyyət göstərir. Klinik olaraq biz nəyi görürük. Üz dərisində qırmızı ləkələr, genişlənmiş dəri məsamələri, həddən artıq yağlılıq. Dəri səthinin kələ-kötür olması, dərinin problemli hissəsində tüklərin tökülməsi və.s kimi problemlərlə müraciət edən pasientləri müayinə etdikdə, biz Demodeks gənəsinin olmasından şübhələnirik və passienti labarator müayinəyə yönləndiririk. Laborator müayinənin təstiqi mütləqdir ki, biz bundan sonra müalicəyə başlayaq.

– Bu problemdən necə qorunmaq mümkündür?

– Bunun üçün sanitar-gigiyenik qaydalara riayət etmək, Dermatoloqlar tərəfindən hazırlanmış və təsdiq olunmuş xüsusi gellərdən istifadə etmək lazımdır, dəridə yağlılığı azaltmaq üçün dermat tər təsdiq olunmuş xüsusi anti-lipid gel istifadə olunur. Və.s.

– Doktor, dermatokosmetoloq anlayışı nədir və ikisi birlikdə nələri təşkil etməlidir?

– Bu çox aktual mövzudur. Çünki, əslində Dermatoloq sırf dəri problemləri ilə məşğul olur, kosmetoloq da üz dərisi problemləri ilə məşğul olan mütəxəssis olduğu üçün yaxşı olar ki, onlar dermato-kosmetoloq kimi fəaliyyət göstərsinlər. Çox şükürlər olsun ki, xanımlarımız dermotokosmetoloq anlayışını artıq anlayıb qəbul edirlər. Son zamanlar salonlarda kosmetoloqlar artıb, onlarla bərabər problemlər də artıb. Ona görə də yaxşı olar ki, xanımlarımız məhz Dermatokosmetoloqa müraciət etsinlər ki, daha yaxşı nəticələr əldə edə bilsinlər.

– Yeniyetməlik dövründə üzdə yaranan dəri dəyişikliklərinə səbəb nədir və müalicə üsulları necədir?

– Ümumiyyətlə mən söhbətimin əvvəlində də qeyd etdiyim kimi bu xəstəlik daha çox gənc və yeniyetmələrdə rast gəlinən xəstəlikdir. Əsasən də oğlanlarda, çünki onlarda piy və tər vəzilərinin fəaliyyəti həddən artıq aktiv olur. Bu keçici haldır, biraz səbr tələb edən haldır, yetər ki, dermatoloqların məsləhətini və müalicələri düzgün qəbul etsinlər.

(+994 050) 368-06-09

“Həkimlə Biz”

 Zamin Maarifoğlu, Jalə Asiman

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 + three =