DİLQƏM QULİYEV -70 +TƏBRİK

0

O bir ALİM, tədqiqatçı jurnalist,yazıçı, peşəkar İDMANÇI, sadə, səmi, Vətənpərvər Azərbycanlı Dilqəm Quliyevdir…

Millixəbər.az İnformasiya Portalı vasitəsi ilə bizi daimi izləyən. Dəyərli ziyalımız, 300-dən çox əsərin müəllifi, əməkdar bədən tərbiyəsi və idman xadimi, pedaqogika üzrə elimlər doktoru, professor, Dilqəm Quliyevi Millixəbər.az sayıtı olaraq səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, daha böyük yaradıcılıq uğurları arzu edirik.

Millixəbər. az-la səmimi dostluq və əməkdaşlıq edən dəyərli ziyalımız Dilqəm Quliyev haqqında bir neçə cümlə yazaraq onun həyat və yaradıcılıq yoluna işıq tutmağı özümüzə mənəvi borc bildik.

İstəkli izləyicilər Dilqəm müəlimin 70 yaşı tamam oldu.

Dilqəm Quliyev idmançı olmaqla yanaşı vətənpərvər Azərbaycan ziyalısı olaraq bilik buxçasından süzülüb gələnləri qələmə alır sonra da böyük həvəs və maraqla kitab halına salaraq çap etdirir. Hər dəfə yeni bir kitabı işıq üzü görəndə Dilqəm müəllimin gözlərində sevinc sanki, şimşək kimi çağır, günəş kmi parıldayır. Vətənə xidmətdən yorulmayan Dilqəm Quliyev torpaqlarımızın azadlığı uğurunda döyüş olsa belə ömrünün bu çağında silaha sarılaraq düşmənin üstünə getməyə hazırdı. Eşq olsun! Azərbyacanın belə vətənpərvər ziyalılarına.

Qeyd edək ki, bizim portal vasitəsi ilə Dilqəm Quliyev Preizdent İlham Əliyevə müharibə olarsa döyüşə getməyə hazır olduğunu bildirən müraciət də etmişdi. Dilqəm müəlim qəlbi gənc olan, gənclərlə mehriban ünsiyyət qurmağı bacaran pedaqoq və dəyərli ziyalılarımızdandır. Zəhmətdən qorxmayan, yuxusuzluqdan yorulmayan istedadlı Azərbaycanlıdır. Onun həyatnı bir dağa bənzətsək Dilqəm müəllim həmin dağın zirvəsi olacaq. Bir bulağa bənzətsək saf suların şırıltısında görünərək axan heyran edici bir gözəllik müşahidə etmiş olarıq…

Gəlin birlikdə idman tariximizin fədakar Aliminin ömür yoluna nəzər salaq…

Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Təhsilini Şahtaxtı kənd orta məktəbində almışdır (1958-1968).1970-ci ildə Bakı Maliyyə-Kredit texnikumunu, beşnövçülük üzrə idman ustası (1970),1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqoji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və təyinatla həmin institutun «Güləşmə və onun metodikası» kafedrasında baş laborant vəzifəsində saxlanılmışdır. Azərbaycan Respublikasının idman ustası (1972), pedaqogika üzrə fəlsəfə doktoru (1994), dosent (1996), Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvü (1994), Azərbaycan Respublikasının əməkdar məşqçisi (1996), Milli Olimpiya Komitəsinin, Milli Olimpiya Akademiyasının (1998) üzvü, Azərbaycan Olimpiya Akademiyasının “Kütləvi İdman” bölməsinin sədri (1998), «İdmançı» qəzetinin baş redaktoru (1998), «Tərəqqi» medalına layiq görülmüş (2001), professor (2004), pedaqogika üzrə elmlər doktoru (2018), Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi (1994), «Əməkdar bədən tərbiyəsi və idman xadimi» (2006), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), Gənc Vətənpərvərlik Birliyinin BTİA-nın dayaq Mərkəzinin sədri (2000), “Nurlu qələm” ustası (2000), «Qızıl qələm» media mükafatı laureatı (2003) və s. mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi – Metodik Şurasının sədr müavini (2008), Milli təhsil sistemində fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fənlərinin tədris problemləri bölməsinin sədri (2014), Bakı-2015 Mediya Akritasiyasının üzvü, II Bakı beynəlxalq idman filmləri Festivalın iştirakçısı (2016), Bakı şəhərində keçirilmiş IV İslam Həmrəylik Oyunlarında Akritasiyasının üzvü (2017) seçilmişdir. ADBTİA-da “Azərbaycan idmanının dünəni və bu günü” kitabının təqdimat mərasimi keçirilib (09.X.2003). Milli Olimpiya Komitəsinin inzibati binasında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunmuş «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» kitabının təqdimat mərasimi keçirilib (12.V.2013). “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasından bəhs edən kitabının təqdimat mərasimi keçirilib (25.V.2018). Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 10 qat «ilin ən yaxşı tədqiqatçı jurnalisti» adına layiq görülmüş, 2018-ci ildə isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən «İlin elm adamı” adına layiq görülmüşdür. Dilqəm Quliyevin 400-ə yaxın əsəri və 300-dən çox elmi-pedaqoji və publisistik qəzet məqalələri çap olunmuşdur.


 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

thirteen − two =