Direktor: Milli ordumuzdan gələn zəfər xəbərləri biz müəllimləri, valideynləri daha da RUHLANDIRIR

0

Direktor: Düşünürük ki, ordumuza mənəvi dəstəklə yanaşı isti geyimlər və gündəlik  vacib olan əşyalar göndərək.

Müsahibimiz Abşeron rayonu Saray qəsəbə 1 saylı orta məktəbin direktoru Bayramov Asəf Əlayət oğlu

Asəf müəllim, bildiyiniz kimi ölkəmiz son günlər öz doğma torpaqlarını azad etməklə bağlı birlik, həmrəylik, vətənpərvərlik nümayiş etdirir.Bir təhsil müəssisə rəhbəri və müəllim olaraq məktəbdaxilində,cəmiyyətdə vətənpərvərlik ruhunun daha da artırılması ilə bağlı hansı işlər görürsünüz?

Bu arada bizi seçim edib vətənpərvərlik mövzusunda müsahibə etdiyiniz üçün təşəkkür edirəm,əminəm ki, gələcəkdə sizinlə sağlam əməkdaşlığımız davam edəcək.

Ölkəmiz hal-hazırda iki müaharibə ilə üzbəüzdür. Birincisi ötən ilin noyabrından dünyanı bürüyən Covid-19 koronavirus infeksiyasıdır ki, hələ də davam edir.İkincisi 30 ilə yaxındır ki, bədnam,nankor erməni qəsbkarları tərəfindən 20% torpaqlarımız işğal edilib, 1 milyon soydaşımız öz doğma dədə-baba yurdlarından didərgin salınmışlar. Bir neçə aydır ki, düşmən silahlı birləşmələri  sərhədyanı ərazilərimizdə mülki əhaliyə qarşı təxribatlar törədir,iriçaplı silahlardan aramsız atəş açırlar, düşmənin təxribatı nəticəsində insan təlafatı, yaralananlarımız var.Bu kimi hallar artıq vətəndaşlarımzın səbr-kəsasını doldurur,illərdir ki, hər birimiz cəsarətli, qüdrətli Ali Baş Komandanımzın əmrini gözləyirdik. Artıq  o gün gəlib yetişdi.İndi bütün əbədi-əzəli torpaqlarımızı düşməndən geri almağın zamanıdır. Yenə də, ermənilər müharibə etmək istədi,biz isə öz halal torpaqlarımızı azad etmək üçün müharibə edirik. 

Son günlər şanlı ordumuz tərəfindən düşmən istilasından azad olunan torpaqlarımızı eşitdikdə ziyalı, müəllim, təhsil müəssisəsi olaraq kollektivimizin sevincinin həddi-hüdudu yoxdur.Hər zaman şagirdlərimizi vətənpərvər ruhda böyüdürük, buradan, elə sizin sayt vasitəsi ilə ön cəbhədə xidmət göstərən zabit və əsgərlərə demək istərdim ki, gözünüz arxada qalmasın! Övladlarınızın hərtərəfli təhsil alamaları üçün biz müəllimlər səfərbərik.Şagirdlərimizi milli və vətənpərvərlik ruhunda təhsil verib, tərbiyə etmək biz müəllimlərin borcudur.

Milli ordumuzdan gələn zəfər xəbərləri biz müəllimləri, valideynləri daha da ruhlandırır.Düşünürük ki, ordumuza mənəvi dəstəklə yanaşı isti geyimlər və gündəlik vacib olan lazımi əşyalar göndərək.Onu da bilirik ki, ordumuzun buna ehtiyyacı yoxdur, dövlətimiz tərəfindən Azərbaycan ordusu hər cür qayğı və diqqətlə əhatə olunub.Biz də öz növbəmizdə Azərbaycan  vətəndaşları olaraq daxilimizdən gəlir ki, əzəmətli ordumuza arxa cəbhədən kömək olaq ki, onlar daha da güclü olsunlar və  tezliklə doğma,əziz  QARABAĞIMIZI düşməndən xilas edək, bayrağımızı ən yüksək zirvələrimizdə dalğalandıraq. 

Millixəbər.az: Zamin Zeynal, Nicat Abbas


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one + eight =