Doğuşda daha bir faciə

1

53076Azərbaycanda doğuş zamanı daha bir faciə yaşandı.Millixeber.az-in məlumatına görə, Mingəçevirdə ana və körpəsi doğuş zamanı ölüb.

Şəhər sakini, 30 yaşlı Svetlana Qasımovanın doğuş zamanı vəziyyəti qəflətən pisləşib, onda yüksək hərarət və üşütmə halları müşahidə olunub. Həkimlər tərəfindən lazımi tibbi yardım göstərilsə də, qadın doğuşdan 20 dəqiqə sonra dünyasını dəyişib. Yeni doğulan, çəkisi 4 kq olan oğlan uşağı isə doğuşdan 5 dəqiqə sonra ölüb. Ailəsi qadının ölümündə həkimləri günahkar bilirlər.

Ailənin sözlərinə görə, bu qadının ikinci hamiləliyi olub. Birinci doğuş zamanı onun heç bir problemi olmayıb.

Həkimlər dölyanı mayenin qadının damarlarına daxil olması səbəbindən onun dünyasını dəyişdiyini bildiriblər. Verilən məlumata görə, bu hal baş verən zaman qadında şok əmələ gəlib.

Faktla bağlı araşdırma aparılır.

1 şərh

  1. Mingecevir dogum evi,antisanitariya,koorupsixa,ssavadsizliqdi…Olub bas vermeyi ondan ireli gelir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nine − 9 =